Vətən müharibəsi iştirakçısından
Cənab Ali Baş Komandan!
Sizin sayənizdə Azərbaycan güclü dövlətə çevrilib. Bizim gücümüz, qələbələrimzin təməli uğurlu siyasət, xalqımızın dövlətimizə və onun gələcəyinə olan inamıdır.
Dövlətçilik tariximizdə şanlı səhifələr yazılır. 44 günlük Vətən müharibəsində gənclərimizin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsinin səviyyəsini dünya gördü. Heç bir təhdid bizi qorxuda bilməz. Mən təhsil işçisi, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit olaraq hər an dövlətimizin yanındayam.
Bütöv Azərbaycan naminə hər bir fədakarlığa hazıram!
Hörmətlə,
Orxan Əliyev,
Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit.
Azərbaycan Respublikası, Qazax rayonu, Xanlıqlar kəndi.
25 sentyabr 2024-cü il
Facebook-da paylaş