Qazaxda təhsilin təməli yüksək səviyyədə olmalıdır
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təhsillə bağlı müşavirə keçirib. Tədbirdə RİHB Aparatının məsul işçiləri, rayon təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, işçi qrupu tərəfindən monitorinq aparılmış məktəblərin direktorları, həmin məktəblərdə çalışan ibtidai sinif müəllimləri, KİV nümayəndələri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq təhsilin bünövrəsinin ibtidai siniflərdə qoyulduğunu deyib və bu sahəyə daha çox diqqət yetirilməsini qeyd edib. Bildirib ki, təhsilin daha da inkişaf etməsi, bu sahəyə daha çox diqqət göstərilməsi məqsədilə yaradılmış işçi qrupu rayonun şəhər 1, 2, 3 saylı, məktəb- liseyin, Yuxarı Salahlı, Dəmirçilər, Daş Salahlı, Canalı, Kosalar, Alpout, Xanlıqlar, Qarapapaq kənd tam orta məktəblərin ibtidai siniflərində monitorinq aparmış, müəllimlərin dərslərini qiymətləndirmişlər. Bu gün həmin nəticələr müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcəkdir. Məqsədimiz biliyin təməli qoyulan ibtidai siniflərdə nöqsanları aradan qaldırmaq, təhsilin bünövrəsini daha da möhkəmlətməkdir.
Sonra rayon rəhbərliyi müzakirələrə başlayıb. Şəhər 1 və 3 orta məktəblərdə, məktəb-litseydə, Yuxarı Salahlı, Alpout, Canalı kənd orta məktəblərində ibtidai sinif müəllimlərinin tədrisi normal səviyyədə apardıqları qeyd olunub. Rayon rəhbərliyi həmin məktəblərin müəllimlərinə öz üzərlərində daha çox çalışmağı tövsiyə edib. Buna nail olunmasını yoxlamaq məqsədilə gələcəkdə ikinci mərhələdə monitorinq aparılmasını tapşırıb.
Müşavirədə zəif göstəricilərin olduğu da qeyd edilib. İşçi qrupu tərəfindən dərslər dinlənilərkən şəhər 2 saylı, Daş Salahlı, Qarapapaq, Xanlıqlar, Kosalar və Dəmirçilər kənd tam orta məktəblərində ibtidai siniflərdə tədrisin aşağı səviyyədə olduğu müəyyən edilib. Həmin məktəblərin ibtidai sinif müəllimlərinin tədrisi günün tələblərinə uyğun qurmadıqları qeyd olunub. Rayon rəhbərliyi göstəriciləri aşağı olan müəllimlərin dərslərinin təkrar dinlənilməsini və qiymətləndirilməsini tövsiyə edib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq ibtidai siniflərdə dərslərin dinlənilməsini və qiymətləndirməni rayonun digər məktəblərində də aparılmasını tapşırıb. Qeyd edib ki, bu proses dərs ilinin sonuna qədər başa çatdırılmalıdır. Yeni dərs ilində dərs deyəcək ibtidai sinif müəllimlərinin bilik və bacarığı yüksək səviyyədə olmalı, bütün məktəblərdə tədrsin təməli möhkəm qoyulmalıdır.
Müşavirədə çıxış edən müəllimlər təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Elçin İSMAYIL
Facebook-da paylaş