“Mən hər bir vətəndaşın yanındayam”
Bu sözlər Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun N.Nərimanov yaşayış massivinin sakinləri ilə keçirdiyi görüşdə səslənib
Əhali ilə görüş onları düşündürən məsələləri öz dillərindən eşitmək, mövcud vəziyyətlə yerindəcə tanış olmaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Ən əsası odur ki, görüşlər rayon rəhbərliyi ilə əhalinin sıx birliyini nümayiş etdirir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən istər kənd, istərsə də şəhər sakinləri ilə mütəmadi olaraq görüşlər keçirir, daima xalqın arasında olur. Xalqla keçirilən görüşlər böyük səmərə verir, camaatın qarşılaşdığı problem və çatışmazlıqlar zaman-zaman aradan qaldırılır. Bunun nəticəsidir ki, bu gün Qazax rayonunda vaxtilə mövcud olmuş bütün problemlər öz müsbət həllini tapmış, həyat öz müsbət axarına düşmüşdür.
Ənənə halını almış növbəti görüş N.Nərimanov yaşayış massivinin sakinləri ilə keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə toplaşanları salamladıqdan sonra rayonumuzda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən söz açıb. Qeyd edib ki, Qazaxda bütün sahələr üzrə məqsədyönlü işlər görülür, rayonumuzun siması gündən-günə daha da gözəlləşir. Kənd təsərrüfatında, təhsildə, sənayedə, quruculuqda, bir sözlə, həyatın bütün sahələrində yüksək göstəricilər əldə olunmuşdur. Bu da Rezpublika Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin rayonumuzda uğurla həyata keçirilməsindən xəbər verir.
İcra Başçısı qeyd edib ki, qarşıdan qış fəsli gəlir. Bununla əlaqədar rayonumuzda əvvəlcədən lazımi hazırlıq işləri görülüb, qabaqlayıcı tədbirlər həyata keçirilib. Sonra İcra Başçısı görüşə toplaşanlara müraciət edərək “Sizi narahat edən məsələlər varsa, söyləyin” - deyə bildirib.
Sakinlərdən Səməndər Ənsərov, Valerik İsayev, Məhəmməd Quliyev, Tahir Süleymanov, Pərviz Abdullayev, Qurban Əliyev, Namiq Alıyev, Nəsibə Tağıyeva, Novruz Abdullayev, Sabir Məhərrəmov və başqaları çıxış edərək N.Nərimanov yaşayış massivində əsaslı şəkildə təmir olunmuş yaşayış binalarına, həyata keçirilmiş tikinti-quruculuq və abadlıq işlərinə görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlıq dolu ürək sözlərini çatdırıblar.
Sakinləri diqqətlə dinlədikdən sonra İcra Başçısı deyilən səmimi sözlərə görə razılığını bildirib.

Elçin İSMAYIL
Facebook-da paylaş