BDU Qazax filialının məzunları magistraturaya qəbul imtahanlarında yüksək bal toplayıblar
Təhsil aldıqları sahələri inkişaf etdirmək və gələcəkdə daha yüksək ixtisaslı mütəxəssis olmaq üçün tələbələrin magistr təhsili alması əsas səbəblərdəndir. Çünki magistr təhsili ixtisas biliklərinin dərinləşməsində və professionallaşmasında vacibdir.
Bu il 2-3 iyun tarixlərində keçirilən dövlət imtahanlarını yüksək səviyyədə başa vuran Bakı Dövlət Universiteti Qazax filialının tələbələrinin bir hissəsi öz biliklərini daha da artırmaq məqsədilə magistraturaya imtahan veriblər.
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanlarda filialın məzunları yüksək nəticələr əldə ediblər. İmtahanlərin nəticələrinə əsasən, 31 nəfər yüksək bal toplayaraq respublikamızın müxtəlif ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Bu da öz növbəsində, keçən il ilə müqayisədə 2 dəfədən çox tələbənin magistr adını qazanması deməkdir.
Onu da qeyd edək ki, filialın məzunları respublikamızın ən ali və nüfuzlu universitetlərinin magistraturalarına daxil olub. Onlardan Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin (ADMİU), Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Tibb Universitetinin (ATU), Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Azərbaycan Universitetinin (AU), Naxçıvan Dövlət Universitetinin (NDU), Lənkəran Dövlət Universitetinin (LDU), Gəncə Dövlət Universitetinin (GDU), Bakı Slavyan Universitetinin (BSU), Bakı Dövlət Universiteti Qazax filialının və başqalarının adlarını qeyd etmək olar.
Ən sevindirici hallardan biri də odur ki, məzunlar olduqca çətin və perspektivli ixtisasları seçmələrinə baxmayaraq yüksək bilik nümayiş etdirib və magistr adını qazanıblar. Onlardan bir neçəsinin adlarını və seçdikləri ixtisasları qeyd etmək yerinə düşər. Məzunlardan Hənifə Qasımova BDU-nun “İstilik fizikası və molekulyar fizika”, Rəşad Nurullayev ADİU-nun “Kibertəhlükəsizlik”, Ümid Abbasov ATU-nun “Səhiyyənin idarə edilməsi”, Səbinə Muxtarlı ADNSU-nun “Polimerlərin kimyəvi texnologiyası”, Hilal Səfərova BDU-nun “Əməliyyatların tətbiqi sistemli təhlili”, Nurgül Orucova BDU-nun “İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı” ixtisasları üzrə magistraturalara qəbul olublar.
Bir faktı da qeyd edək ki, məzunlar xarici ölkələrin universitetlərinin magistraturalrına da imtahan veriblər. Nəticələri məlum olduğu zaman magistraturaya qəbul olunanlarıın sayı da artacaqdır. Digər tərəfdən, filialın məzunları dövlət qulluğu imtahanlarında iştirak etmək üçün müvafiq qurumlara da müraciət ediblər.
BDU Qazax filialı tələbələrinin əldə etdikləri bu yüksək göstəricilər filialın direktoru Arif Rüstəmovun rəhbərliyi altında təhsil müəssisəsində tədrisin yüksək səviyyədə olmasından, təhsil prosesinin şəffaflıq və obyektivlik üzərində qurulmasından xəbər verir. Ona görədir ki, Qazax filialı məzunlarının səsi artıq ən ali təhsil ocaqlarının magistraturalarından gəlir.
BDU-nun Qazax filialının 2021/2022-ci tədris ilində respublikanın müxtəlif universitetlərinə magistraturaya qəbulla bağlı məlumat cədvəli
S/S | Soyad, ad və ata adı | Təhsil aldığı ixtisas | Qəbul olduğu ixtisas və universitet |
1 | Əsgərova Aydan Elnur qızı | Məktəbəqədər təlim və tərbiyə | İbtidai sinifin tədrisi metodikası və metodologiyası, BDU (Qazax fililalı) |
2 | Çobanova Aytac Habil qızı | Məktəbəqədər təlim və tərbiyə | Təhsildə sosial-psixoloji xidmət, NDU |
3 | İsmayıllı Nigar Elşad qızı | Tarix müəllimliyi | Azərbaycanın qədim və orta əsrlər tarixi, Azərbaycan Universiteti |
4 | Əlizadə Cavanşir Elşən oğlu | Tarix müəllimliyi | Tarix fənninin tədrisi metodikası və metodologiyası, LDU |
5 | Həsənova Səlmi Neman qızı | Tarix müəllimliyi | Biznesin təşkili və idarə edilməsi, ADİU |
6 | Zeynalov Elşən Valeh oğlu | Tarix müəllimliyi | Biznesin təşkili və idarə edilməsi, ATU |
7 | Hümbətova Sona Süleyman qızı | Tarix və coğrafiya müəllimliyii | Sosial mədəni sahələrdə xidmətlərin təşkili, ADMİU |
8 | Mürşüdova Günay Mürşüd qızı | Tarix və coörafiya müəllimliyi | Coğrafiya fənninin tədrisi metodikası, ADPU |
9 | Qasımova Hənifə Hüseyn qızı | Fizika müəllimliyi | İstilik fizikası və molekulyar fizika, BDU |
10 | Muxtarlı Səbinə Oruc qızı | Kimya və biologiya müəllimliyi | Polimerlərin kimyəvi texnologiyası, ADNSU |
11 | Məmmədov Teymuraz Şükür oğlu | Riyaziyyat və informatika müəllimliyi | İnformatikanın tədrisi metodikası və metodologiyası, BDU (Qazax fiialı) |
12 | Şərifova Hilal Rəhim qızı | Riyaziyyat və informatika müəllimliyi | Əməliyyatların tədqiqi və sistemi təhlil, BDU |
13 | Orucova Nurgül Sahib qızı | Riyaziyyat və informatika müəllimliyi | İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı, BDU |
14 | Allahverənova Sona Hamlet qızı | Riyaziyyat və informatika müəllimliyi | Differensial tənlik, GDU |
15 | Qəribova Əfsanə Şahin qızı | İbtidai sinif müəllimliyi | Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası, BDU (Qazax fiialı) |
16 | İsmayilova Leyla Zaur qızı | Riyaziyyat və informatika müəllimliyi | Hesablama riyaziyyatı, GDU |
17 | Məmmədli Günay Nazim qızı | İbtidai sinif müəllimliyi | İbtidai sinifin tədrisi metodologiyası, LDU |
18 | Əhmədov Sənan Orxan oğlu | İbtidai sinif müəllimliyi | Biznesin təşkili, ADPU |
19 | Nurullayev Rəşad Fərhad oğlu | Tarix | Kibertəhlükəsizlik, ADİU |
20 | Babayev Rauf Zakir oğlu | Turizm və otelçilik | Biznesin təşkili və idarə olunması, ATMU |
21 | İbrahimli Aytac Mehman qızı | Filologiya | Biznesin təşkili və idarə edilməsi, ATU |
22 | Mirzəyev Türksel Bəylər qızı | Azərbaycan dili və ədəbiyyatı müəllimliyi | Azərbaycan dili. BSU |
23 | Quliyev Sahib Valeh oğlu | Tarix | Biznesin təşkili və idarə olunması, ADAU |
24 | Məmmədxanlı Şəymən İlqar qızı | Turizm işi | Turizm işi, BDU (Qazax filialı) |
25 | Quliyev Nurlan Eldəniz oğlu | Sosial iş | Həyat fəliyyətinin müxtəlif sahələrində social iş, BDU (Qazax filialı) |
26 | Məmmədova Arzu Sərdar qızı | Sosial iş | Biznesin təşkili və idarə olunması. ATU |
27 | Səmədli Fidan Fariz qızı | Azərbaycan dili və ədəbiyyatı müıllimliyi | Azərbaycan dili və ədəbiyyatı tədrisi metodikası, BDU (Qazax filialı) |
28 | Cəfərov Sədrəddin Elxan oğlu | Sosial iş | Menecment, ADİU |
29 | Abbasov Ümid Qılman oğlu | Coğrafiya müəllimliyi | Səhiyyənin idarə edilməsi, ATU |
30 | Cəfərova Bəsdi Azər qızı | Tarix müəllimliyi | Muzeyşünaslıq, LDU |
BDU Qazax filialının Mətbuat Xidməti
Facebook-da paylaş