Əsas Səhifə > Təhsil > BDU Qazax filialının məzunları magistraturaya qəbul imtahanlarında yüksək bal toplayıblar
BDU Qazax filialının məzunları magistraturaya qəbul imtahanlarında yüksək bal toplayıblar22-07-2022, 15:05 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsil aldıqları sahələri inkişaf etdirmək və gələcəkdə daha yüksək ixtisaslı mütəxəssis olmaq üçün tələbələrin magistr təhsili alması əsas səbəblərdəndir. Çünki magistr təhsili ixtisas biliklərinin dərinləşməsində və professionallaşmasında vacibdir. Bu il 2-3 iyun tarixlərində keçirilən dövlət imtahanlarını yüksək səviyyədə başa vuran Bakı Dövlət Universiteti Qazax filialının tələbələrinin bir hissəsi öz biliklərini daha da artırmaq məqsədilə magistraturaya imtahan veriblər. Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanlarda filialın məzunları yüksək nəticələr əldə ediblər. İmtahanlərin nəticələrinə əsasən, 31 nəfər yüksək bal toplayaraq respublikamızın müxtəlif ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Bu da öz növbəsində, keçən il ilə müqayisədə 2 dəfədən çox tələbənin magistr adını qazanması deməkdir. Onu da qeyd edək ki, filialın məzunları respublikamızın ən ali və nüfuzlu universitetlərinin magistraturalarına daxil olub. Onlardan Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin (ADMİU), Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Tibb Universitetinin (ATU), Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Azərbaycan Universitetinin (AU), Naxçıvan Dövlət Universitetinin (NDU), Lənkəran Dövlət Universitetinin (LDU), Gəncə Dövlət Universitetinin (GDU), Bakı Slavyan Universitetinin (BSU), Bakı Dövlət Universiteti Qazax filialının və başqalarının adlarını qeyd etmək olar. Ən sevindirici hallardan biri də odur ki, məzunlar olduqca çətin və perspektivli ixtisasları seçmələrinə baxmayaraq yüksək bilik nümayiş etdirib və magistr adını qazanıblar. Onlardan bir neçəsinin adlarını və seçdikləri ixtisasları qeyd etmək yerinə düşər. Məzunlardan Hənifə Qasımova BDU-nun “İstilik fizikası və molekulyar fizika”, Rəşad Nurullayev ADİU-nun “Kibertəhlükəsizlik”, Ümid Abbasov ATU-nun “Səhiyyənin idarə edilməsi”, Səbinə Muxtarlı ADNSU-nun “Polimerlərin kimyəvi texnologiyası”, Hilal Səfərova BDU-nun “Əməliyyatların tətbiqi sistemli təhlili”, Nurgül Orucova BDU-nun “İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı” ixtisasları üzrə magistraturalara qəbul olublar. Bir faktı da qeyd edək ki, məzunlar xarici ölkələrin universitetlərinin magistraturalrına da imtahan veriblər. Nəticələri məlum olduğu zaman magistraturaya qəbul olunanlarıın sayı da artacaqdır. Digər tərəfdən, filialın məzunları dövlət qulluğu imtahanlarında iştirak etmək üçün müvafiq qurumlara da müraciət ediblər. BDU Qazax filialı tələbələrinin əldə etdikləri bu yüksək göstəricilər filialın direktoru Arif Rüstəmovun rəhbərliyi altında təhsil müəssisəsində tədrisin yüksək səviyyədə olmasından, təhsil prosesinin şəffaflıq və obyektivlik üzərində qurulmasından xəbər verir. Ona görədir ki, Qazax filialı məzunlarının səsi artıq ən ali təhsil ocaqlarının magistraturalarından gəlir. BDU-nun Qazax filialının 2021/2022-ci tədris ilində respublikanın müxtəlif universitetlərinə magistraturaya qəbulla bağlı məlumat cədvəli
BDU Qazax filialının Mətbuat Xidməti Geri qayıt |