Bu gün Qazaxlıların dəyərli oğlu professor İlham Pirməmmədovun doğum günüdür
İlham
Teymur oğlu Pirməmmədov! Bu ad hər birimizə, doğma qazaxlılarımıza çox əzizdir.
Çünki İlham müəllim bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olan, hər zaman
xalqına arxa, dayaq olmağı bacaran, ümumiyyətlə, millətinə, xalqına, doğma
qazaxlılarına, elinə-obasına xidməti özünün həyat amalına çevirən dəyərli
ziyalılarımızdandır. "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin
sədri, riyaziyyat üzrə elmlər
doktoru, professor İlham Pirməmmədov sadalamadıqlarımız digər müsbət keyfiyyətlərinə görə hər
zaman öndə olub. Bu gün dəyərli
ziyalımızın 67 yaşı tamam olur. Bu gün İlham müəllim doğum gününü müstəqil,
suveren, ən əsası da 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Zəfər çaldığı qalib ölkənin
vətəndaşı olaraq qeyd edir. Rəhbər təyin olunduğu ilk gündən saz-söz adamlarını,
şairlərimizi, yazarlarımızı, ziyalılarımızı daim diqqətdə saxlayan Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalıb dəyərli ziyalımızı təbrik
etməyi də unutmayıb. İcra başçısı Rəcəb Babaşov professor İlham Pirməmədovu doğum günü münasibətilə
Qazax ictimaiyyəti, ziyalılar və öz adından səmimi qəlbdən təbrik edib. Dəyərli
ziyalımıza cansağlığı və ən xoş arzularını çatdırıb. Müstəqil Azərbaycanımızın,
Qazaxımızın inkişafı naminə gələcək işlərində və fəaliyyətində ona uğurlar arzulayıb. İlham
Teymur oğlu Pirməmmədov 18 aprel 1955-ci ildə Qazax rayonun Daş Salahlı
kəndində anadan olmuşdur. 1972-ci ildə Qazax rayon Araz Əmilov adına Daş
Salahlı kənd 1 nömrəli tam orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Mexanika"
fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini həmin
ixtisas üzrə bitirmişdir. Elə həmin ildə təyinatla Dənizneftqazlayihə
Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977–80-ci
illərdə həmin institutda mühəndis, kiçik elmi işçi vəzifələrində çalıçmışdır. 1980–84-cü
illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında
təhsil alıb. 1984–1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi
Tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989–2015-ci illərdə
hal-hazıra qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif
vəzifələrdə (1-ci dərəcəli inspektor, aparıcı inspektor, baş inspektor, baş
mütəxəssis, Rəhbərlik yanında aparatın rəhbəri, Aparat rəhbəri, nazirin
müşaviri) çalışmışdır. İ.Pirməmmədov
1995-ci ildə namizədlik, 2010-cu ildə isə doktorluq dissertasiyasını müdafiə
etmişdir. O, fizika-riyaziyyat elmləri namizədi, riyaziyyat üzrə elmlər
doktorudur. 35 elmi məqalənin və 1 monoqrafiyanın müəllifi, bir neçə dərs
vəsaitinin həmmüəllifidir. İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016
İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür. Bununla
yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində,
2000-ci ildən isə Bakı Dövlət Universitetinin "Nəzəri mexanika"
kafedrasında pedaqoji faliyyətlə məşğuldur. Hal-hazırda Azərbaycan Texniki
Universitetinin elm və texnika üzrə prorektor vəzifəsində çalışır. İlham
Teymur oğlu Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan
Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli Sərəncamı ilə "Əməkdar
müəllim" fəxri adına layiq görülmüşdür. Evlidir, iki övladı var. GOYEZEN.AZ
Facebook-da paylaş