Bu gün birinci və dördüncü ixtisas qruplarının abituriyentləri qəbul imtahanı verir
DİM-dən AZƏRTAC-a bildiriblər ki, respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində aparılan imtahanda 27 min 961 abituriyentin iştirakı gözlənilir. Onlardan 23 min 510 abituriyent I qrup üzrə, 4 min 451 abituriyent IV qrup üzrə imtahan verəcək.
İmtahan saat 11.00-da başlanacaq və saat 14.00-da başa çatacaq.
Abituriyentlərdən 25 min 500 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 21 min 543, IV qrup üzrə 3 min 957 nəfər), 2 min 461 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1967, IV qrup üzrə 494 nəfər) məzunlarıdır.
Facebook-da paylaş