Abituriyentlər sınaq imtahanlarını mayın 27-də verəcəklər
GOYEZEN.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 27-də respublikanın 29 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Mingəçevir, Goranboy, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, İsmayıllı, İmişli, Füzuli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz, Babək, Culfa və Şərurda ümumilikdə 59 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 24 min 584 abituriyent qeydiyyatdan keçib.
İmtahanların idarə edilməsi üçün 154 imtahan rəhbəri, 1498 nəzarətçi-müəllim ayrılıb.
İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərdən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.

Facebook-da paylaş