Qazax rayonunda narkomaniya və erkən nikah mövzularında keçirilən maarifləndirmə tədbirləri davam etdirilir
Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin
birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində "Gənclər narkomaniyaya yox
deyir”, "Erkən nikah və onun fəsadları” və "Dini radikalizmə qarşı mübarizə”
mövzularında, mövcud karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilən
maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti tədbirlər 24-25 noyabr tarixlərində Qazax rayon
Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbdə, Aslan Kəmərli
adına Kəmərli kənd tam orta məktəbdə, Aydın Məmmədov adına Qaymaqlı kənd
tam orta məktəbdə və Aslanbəyli kənd tam orta məktəbdə təşkil olunub. "Narkomaniya bəşəriyyətin bəlasıdr!” adı altında
keçirilən tədbirlərdə Qazax RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın
uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Polis
Şöbəsində yetkinlik yaşına çatmayanlarla
profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin
Sadıqov, Azərbaycan Respublikası Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin
Allahverənov, Rayon Təhsil Şöbəsinin məsul işçisi Donara Həsənova, narkoloq-həkim Nahidə Osmanova, məktəbin
müəllim və şagirdləri, kənd ağsaqqalları iştirak ediblər. Tədbirdə
çıxış edən Qazax RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş
üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova tədbirin əhəmiyyəti
haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə
məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O,
qeyd edib ki, hazırda Azərbaycan gəncləri ölkənin ictimai-siyasi,
sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında
yaxından iştirak edirlər. Gənclər
xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə
olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq
borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca
məsələlərdəndir. Rayon Polis Şöbəsində yetkinlik
yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru,
polis kapitanı Ramin Sadıqov ölkəmizdə "Narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün
Dövlət Proqramı”nın icrasından irəli gələn tədbirlərə hər bir ölkə vətəndaşının
dəstək olmalı olduqlarını vurğulayıb. Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik
vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti
təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən
"802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ
ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu bir daha bildirib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov dini
radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı zərərli təsirdən
bəhs edib. Bildirib ki,
adətən, cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə
qruplaşmaların qurbanları gənclər olur. Gəncləri radikal qruplaşmaların
yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün
bunlarla mübarizədə valideynlər fəal olmağa çağırılıb. Tədbirdə
erkən nikahın səbəb olduğu problemlərdən də söhbət açılaraq, hər bir uşağın
yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqlarının olduğu vurğulanıb. Qeyd edilib
ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq
durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya
texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı,
milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman
ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər. Məktəb direktorları, müəllimlər
çıxış edərək əsrin bəlası olan
narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin
keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar. Maraqlı diskusiya şəklində keçirilən tədbirlərdə
şagirdləri maraqlandıran suallar da cavablandırılıb. Akif Bəbirov
adına Xanbağı kənd tam orta məktəb Aslan Kəmərli
adına Kəmərli kənd tam orta məktəb Aydın Məmmədov
adına Qaymaqlı kənd tam orta məktəb
Aslanbəyli kənd
tam orta məktəb
GOYEZEN.AZ
Facebook-da paylaş