Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə "Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" mövzusunda maarifləndirici tədbir keçirilib
Noyabrın 18-də Qazax Rayon İcra Hakimiyyəti, Rayon
Polis Şöbəsi və
Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qazax şəhər Səməd Vurğun adına 2
nömrəli tam orta məktəbdə "Narkomaniyaya qarşı mübarizə sağlam həyata
təminatdır" mövzusunda maarifləndirici tədbir keçirilib. Qazax RİH başçısı
aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Polis Şöbəsi
rəisinin əməliyyat işləri üzrə müavini polkovnik-leytenant Rəşad Abdullayev, Rayon
Polis Şöbəsinin narkotiklə mübarizə qrupunun inspektoru, polis mayoru Hikmət
Nəsibov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Rayon Təhsil
Şöbəsinin məsul işçisi Donara Həsənova, narkoloq-həkim Nahidə
Osmanovanın iştirak etdiyi tədbirdə respublikamızda
narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açılıb.
Məktəbin direktoru Murğuz Mustafayev tədbiri giriş
sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən
danışıb. Zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin
əhəmiyyətini vurğulayaraq yeniyetmələri sağlam həyat tərzi keçirməyə, faydalı
bilik və bacarıqlar öyrənməyə çağırıb. Tədbirdə
çıxış edənlər narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli
mübarizədən və əldə olunan nəticələrdən danışıblar. Narkomaniya əleyhinə
aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclər
üçün təşkil olunan belə görüşlərin əhəmiyyətini qeyd ediblər. Diqqətə
çatdırılıb ki, bu gün polis əməkdaşları maarifləndirmə tədbirlərinə böyük önəm
verməklə yeniyetmə və gənclərin gələcəkdə ağ ölümün pəncəsinə düşməməsi üçün səylərini
davam etdirir. Çıxış edənlər gələcəyin qurucuları olan məktəbli və tələbələrin
bu məsələdə daha həssas olmalı, zərərli vərdişlərə meyil etməmələrini, həmin vərdişlərdən uzaq durmalı olduqlarını
tövsiyə ediblər. Tədbirdə həmçinin "Narkomaniya bəşəriyyətin
bəlası" adlı vidioçarx nümayiş olunub. Sonda şagirdləri maraqlandıran
suallar cavablandırılıb, iştirakçılara maarifləndirici bukletlər təqdim edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş