• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında yay imtahan sessiyası uğurla başa çatıb


Bakı Dövlət Universitetinin Qazax filialında 2020-2021-ci tədris ilinin iyunun 7-dən  başlayan yaz semestrinin yay imtahan sessiyası uğurla başa çatıb. 2 iyul 2021-ci il tarixinə qədər davam edən imtahanlar gün ərzində 2 növbədə olmaqla onlayn qaydada keçirilib.

Sessiyada tələbələr bakalavr səviyyəsi üzrə 338, magistratura pilləsi üzrə isə 27 imtahan veriblər.

Bakalavr səviyyəsi üzrə 59 qrupda 1138, magistratura pilləsi üzrə 11 tələbənin iştirakı nəzərdə tutulan imtahanlarda tələbələrin 99,1 faizi iştirak edib. Müvəffəqiyyət göstəricisi 99,5 faiz olan tələbələr yüksək bilik nümayiş etdiriblər.

Yay sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı filialda İmtahan Qərargahı və Qaynar xətt fəaliyyət göstərib. Sessiya ərzində Qərargaha daxil olan azsaylı müraciətlər operativ şəkildə araşdırılaraq həll olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun diqqət və qayğısı sayəsində filial fasiləsiz olaraq elektrik enerjisi və yüksək səviyyəli internetlə təmin olunub, imtahanların gedişatında bununla əlaqədar heç bir problem yaranmayıb. Hər il olduğu kimi, bu tədris ilində də yay imtahan sessiyası yüksək səviyyədə və uğurla başa çatıb.

GOYEZEN.AZ



Facebook-da paylaş