BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb
Bakı Dövlət Universitetinin Qazax filialında 2019/2020-ci
tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb. Pandemiya
dövrünün tələblərinə uyğun olaraq onlayn formada keçirilən imtahanlar zamanı
tələbələrin çətinliklərlə üzləşməmələri üçün əvvəlcədən bütün texniki tədbirlər
yüksək səviyyədə təşkil edilib. İyunun
16-dan start götürüb 10 iyulda başa çatan imtahanlarda 1225 nəfər (onlardan bakalavr əyani 1099, bakalavr qiyabi 124, magistratura
əyani 2 nəfər olmaqla) tələbə iştirak
edib. Tələbələr 17 ixtisas üzrə 61 qrupda imtahan veriblər. Semestr ərzində
ümumilikdə 333 imtahan keçirilib. Tələbələrin
biliyinin qiymətləndirilməsində obyektivliyin tam şəkildə təmin edilməsi
məqsədilə bütün imtahan prosesi filialın rəhbərliyi, kafedra müdirləri və
Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. Hər gün 2
növbədə keçirilən imtahanlarda tələbələrin 99,6 faizi iştirak edib. Müvəffəqiyyət göstəricisi 100 faiz olan tələbələr yüksək
bilik nümayiş etdiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş