Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb


13-07-2020, 20:16


Bakı Dövlət Universitetinin Qazax filialında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb. Pandemiya dövrünün tələblərinə uyğun olaraq onlayn formada keçirilən imtahanlar zamanı tələbələrin çətinliklərlə üzləşməmələri üçün əvvəlcədən bütün texniki tədbirlər yüksək səviyyədə təşkil edilib.

İyunun 16-dan start götürüb 10 iyulda başa çatan imtahanlarda 1225 nəfər (onlardan bakalavr əyani 1099, bakalavr qiyabi 124, magistratura əyani 2 nəfər olmaqla) tələbə iştirak edib. Tələbələr 17 ixtisas üzrə 61 qrupda imtahan veriblər. Semestr ərzində ümumilikdə 333 imtahan keçirilib.

Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin tam şəkildə təmin edilməsi məqsədilə bütün imtahan prosesi filialın rəhbərliyi, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.

Hər gün 2 növbədə keçirilən imtahanlarda tələbələrin 99,6 faizi iştirak edib. Müvəffəqiyyət göstəricisi 100 faiz olan tələbələr yüksək bilik nümayiş etdiriblər.



GOYEZEN.AZ


Geri qayıt