• Təqvim

  • Maraq



BDU Qazax filialı Qarabağ Dirçəliş Fonduna 4 min, “YAŞAT” Fonduna isə 2 min manat ianə edib


Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında direktorluğun iclası keçirilib. Filialın direktoru dossent Arif Rüstəmov direktorluğun üzvlərini Vətən müharibəsinin tarixi Qələbə ilə başa çatması münasibətilə təbrik edib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında cəsur zabit və əsgərlərimizin əsl qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı düşməndən təmizlədiklərini və Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu bildirib. Filialın müəllim və tələbələrinin Vətən müharibəsi dövründə informasiya müharibəsində fəal iştirak etməsindən söz açıb, filialın məzunlarının müharibədə iştirakından və şəhid olmasından danışıb, professor-müəllim heyətinin və tələbələrin şəhidlərin xatirəsini daim əziz tutduqlarını qeyd edib.

Direktorluğun iclasında işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş regiona çevrilməsi, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 4 min, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan "YAŞAT” Fonduna 2 min manat ianə edilməsi haqqında qərar qəbul edilib.

GOYEZEN.AZ



Facebook-da paylaş