BDU-nun Qazax filialında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında Ulu Öndər
Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib. Konfransda
filialın professor-müəllim heyəti və tələbələr iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər
Əliyevin filialın foyesində yerləşən büstü önünə gül dəstəsi qoyub, əziz
xatirəsini dərin ehtiramla yad ediblər. Filialın Heydər Əliyev auditoriyasında keçirilən
konfrans Ulu Öndərin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov
konfransı giriş sözü ilə açaraq dahi şəxsiyyətin həyat və
fəaliyyətindən söz açıb, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti
tarixindəki yeri və əhəmiyyəti barədə danışıb. Bildirib ki, Ulu Öndərin
apardığı müdrik, təmkinli və qətiyyətli siyasət nəticəsində ölkəmizdə qısa vaxt
ərzində siyasi sabitlik yarandı, müstəqilliyimizin başı üzərini almış təhlükə
sovuşdu, onun əbədiliyi, sarsılmazlığı təmin edildi. Xalqın öz rəhbərinə
sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə olan ümidləri daha da
gücləndi. A.Rüstəmov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev
tərəfindən qorunub saxlanılan, müstəqilliyimizin möhkəmlənməsinə yönələn
siyasəti bu gün də uğurla həyata keçirilir və daha da möhkəmlənib. Ölkə başçısı
İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən aparılan
uğurlu daxili və xarici siyasət nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə
dinamik inkişafa nail olunub. Ötən illərdə sosial-iqtisadi, eləcə də humanitar
və beynəlxalq sahələrdə əldə olunmuş nailiyyətlər Azərbaycanın müstəqil dövlət
kimi gücünü bütün dünyada nümayiş etdirir.
Dil-ədəbiyyat və onların tədrisi kafedrasının baş
müəllimi Heyran Vəkilova məruzə ilə çıxış edərək Ümummilli Lider Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə var qüvvəsi və bacarığını ölkənin
yüksəlişinə həsr etməsindən, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmasından
söz açıb. Qeyd edib ki, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, möhkəm
iradəsi və uzaqgörənliyi sayəsində ölkədə vətəndaş müharibəsi dayandırıldı,
Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın
işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin
rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş
təmin edildi. Filialın dil-ədəbiyyat və onların tədrisi kafedrasının
baş müəllimi Hikmət Yusifov, müəllim Türkan Məmmədova, dil-ədəbiyyat
fakültəsinin II kurs tələbəsi Qənirə Musayeva, sosial iş fakültəsinin II kurs
tələbəsi Musa Paşayev çıxış edərək Ümummilli Liderin dövlət və xalq
qarşısındakı tarixi xidmətlərindən söz açıb, müstəqil Azərbaycanın Ulu Öndər
Heydər Əliyevin şah əsəri olduğunu qeyd ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş