Qazax Dövlət Sosial-İqtisadi Kollecində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
20 Yanvar
faciəsinin 29-cu ildönümü ilə əlaqədar Qazax Dövlət Sosial-İqtisadi Kollecində də
anım tədbiri keçirilib. Ulu öndər Heydər
Əliyevin adını daşıyan ideoloji mərkəzdə keçirilən tədbirdə Qazax RİHB Aparatının məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, kollecin müəllim
və tələbə kollektivi iştirak edib. Qazax Dövlət Sosial-İqtisadi
Kollecin direktoru Elşad Quluyev tədbiri giriş sözü ilə açaraq XX əsrdə
törədilən vəhşiliyin təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə,
insanlığa qarşı törədilən bir faciə olduğunu qeyd edib. Bildirib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da,
Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra
bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə
parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Sonra 20 Yanvar faciəsi qurbanlarının
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollecin tədris işləri üzrə
direktor müavini Vüqar Əyyubov, qiymətləndirmə, qeydiyyat
və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, tarix müəllimi Tərlan
Bədəlova, ədəbiyyat müəllimi Türkan Abdullayeva
çıxış edərək bildiriblər ki, bu gün müstəqil Azərbaycan
dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi kimi yazılmış həmin gündən 29 il
ötür. Lakin buna baxmayaraq xalqımız şərəf və qəhrəmanlıq səhifəsi kimi
yazılmış o tarixi günü heç vaxt unutmur və unutmayacaq.
RİHB Aparatının
məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxışı zamanı qeyd edib ki, xalqını bu ağır
günlərdə tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış
etdi. 20 Yanvar faciəsinə siyasi qiymət verib, o vaxtkı SSRİ və respublika
rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa,
demokratiyaya, humanizmə zidd olduğunu göstərdi. Məhz ulu öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə
dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Daha sonra
kollecin tələbələri İlkin Səmədli, Ellada Bayramova, Şəbnəm Həsənova 20 Yanvar
faciəsinə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş