Qazaxda yeni asfalt örtüyü döşənmiş küçələrdə üfüqi nişanlanma xətləri çəkilib
"Yol iqtisadiyyat, mədəniyyət, bir
sözlə həyat deməkdir” - ulu öndər Heydər Əliyevin bu dəyərli fikirləri onun yol
təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyinin əyani sübutudur. Bu
gün Ümummilli Liderin inkişaf strategiyasını uğurla davam etdirən cənab Prezident
İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, nəqliyyat-yol
kompleksində, eləcə də yol təsərrüfatında sistemli və davamlı tədbirlərin
həyata keçirilməsi, dövlət başçısının bu istiqamətdə imzaladığı çoxsaylı
sərəncamlar nəqliyyat-yol infrastrukturunun dinamik inkişafına yol açmışdır. Son
illər dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən
qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı
imzaladığı sərəncamlara əsasən Qazaxda da təqdirəlayiq işlər görülüb. Ölkə başçısının qayğısı sayəsində son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı
Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli,
Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt
yolların çəkilməsi bu sahədə görülən işlərdir. Sevindirici
haldır ki, rayonda yeni asfalt yolların çəkilməsi kəndlərlə yanaşı, şəhərİN küçələrİNdə də
davam etdirilir. Dövlət başçısının birbaşa göstərişi, köməyi və qayğısı
sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şəhərin içməli su və
kanalizasiya sistemi yenidən qurulan küçələrə də yeni asfalt örtüyünün
döşənməsinə başlanılıb. Şəhərdə su-kanalizasiya xətlərinin çəkilişinin başa
çatdırıldığı Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan
abadlıq işləri, yeni asfalt örtüyünün salınması bu dediklərimizin bariz
nümunəsidir. Yeni asfalt örtüyü çəkilmiş
həmin küçələrdə abadlıq işləri ilə yanaşı, həm nəqliyyat
vasitələrinin, həm də piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədiləpiyada
zolaqları və yolun hərəkət hissəsi ilə səki arasında yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb. Bundan əlavə, "Abad məhəllə” layihəsi çərçivəsində quruculuq işləri
aparılan Nəriman Nərimanov yaşayış massivində yeni çəkilmiş asfalt yolda da üfüqi nişanlanma xətləri
çəkilib. Qeyd edək ki, S.Vurğun
küçəsində 2000 metr, S.Vurğun döngə 6 ünvanında 860 metr, M.P.Vaqif küçəsində
190 metr, N.Nərimanov yaşayış massivində 900 metr olmaqla, cəmi 3950 metr
məsafədə yeni döşənmiş asfalt yolda üfüqi nişanlanma xəttinin çəkilməsi işləri
aparılıb. GOYEZEN.AZ
Facebook-da paylaş