Əsas Səhifə > Sosial > Qazaxda yeni asfalt örtüyü döşənmiş küçələrdə üfüqi nişanlanma xətləri çəkilib

Qazaxda yeni asfalt örtüyü döşənmiş küçələrdə üfüqi nişanlanma xətləri çəkilib


7-06-2020, 16:32


"Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir” - ulu öndər Heydər Əliyevin bu dəyərli fikirləri onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyinin əyani sübutudur. Bu gün Ümummilli Liderin inkişaf strategiyasını uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və davamlı tədbirlərin həyata keçirilməsi, dövlət başçısının bu istiqamətdə imzaladığı çoxsaylı sərəncamlar nəqliyyat-yol infrastrukturunun dinamik inkişafına yol açmışdır. Son illər dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı sərəncamlara əsasən Qazaxda da təqdirəlayiq işlər görülüb.

Ölkə başçısının qayğısı sayəsində son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərdir.

Sevindirici haldır ki, rayonda yeni asfalt yolların çəkilməsi kəndlərlə yanaşı, şəhərİN küçələrİNdə də davam etdirilir. Dövlət başçısının birbaşa göstərişi, köməyi və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulan küçələrə də yeni asfalt örtüyünün döşənməsinə başlanılıb. Şəhərdə su-kanalizasiya xətlərinin çəkilişinin başa çatdırıldığı Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyünün salınması bu dediklərimizin bariz nümunəsidir.

Yeni asfalt örtüyü çəkilmiş həmin küçələrdə abadlıq işləri ilə yanaşı, həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədiləpiyada zolaqları və yolun hərəkət hissəsi ilə səki arasında yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb. Bundan əlavə, "Abad məhəllə” layihəsi çərçivəsində quruculuq işləri aparılan Nəriman Nərimanov yaşayış massivində yeni çəkilmiş asfalt yolda da üfüqi nişanlanma xətləri çəkilib.

Qeyd edək ki, S.Vurğun küçəsində 2000 metr, S.Vurğun döngə 6 ünvanında 860 metr, M.P.Vaqif küçəsində 190 metr, N.Nərimanov yaşayış massivində 900 metr olmaqla, cəmi 3950 metr məsafədə yeni döşənmiş asfalt yolda üfüqi nişanlanma xəttinin çəkilməsi işləri aparılıb.


GOYEZEN.AZ


Geri qayıt