Vətəndaş ona göstərilən diqqət və qayğıya görə razılıq edir
Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaşlara göstərilən qayğı, vətəndaş məmnunluğunun təmin edilməsi dayanır. Ən əsası da bu bütün sahələrdə öz əksini tapır. Əminliklə deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr onu göstərir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür.
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələrin arxasında bir amil dayanır ki, o da vətəndaş amilidir.
Təqdirəlayiq haldır ki, vətəndaşlar da onlara göstərilən diqqət və qayğıdan, səmimi münasibətdən razılıq edirlər. Qazax rayon Alpout kənd sakini İsayeva Həcər Yaqub qızının Qazax Rayon İcra Hakimiyyətinə ünvanladığı minnətdarlıq dolu məktub bu dediklərimizin bariz nümunəsidir. H.Yaqubova səhiyyə sahəsində göstərilən qayğıya görə minnətdarlıq edir.
GÖYƏZƏN.AZ internet portalı olaraq sözügedən məktubu olduğu kimi təqdim edirik:
“Cənab başçı, Sizin simanızda Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi və müdiri Sevda Məmmədovaya, terapiya şöbəsinin rəhbəri həkim Ramiz Osmanova, həkim Gülpəri Məmmədovaya, eləcə də terapiya şöbəsində çalışan tibb bacılarına, xəstə baxıcılarına ailəm və öz adımdan çox təşəkkür edirəm. Nə yaxşı ki, varsınız, rayonumuza rəhbərlik edirsiniz. Qazax əhalisinə qayğı və diqqətinizə görə çox minnətdaram”.
Facebook-da paylaş