• Təqvim

  • Maraq



Qazax Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr - Zəfər Günü münasibətilə xəstəxananın Birinci Qarabağ və Vətən müharibəsində iştirak etmiş işçiləri ilə görüş keçirilib


Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə 8 Noyabr - Zəfər Günü münasibətilə xəstəxananın Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş işçiləri ilə görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, memorial önünə əklil qoyaraq Vətən uğrunda canından keçən şəhidlərimizi yad ediblər.

Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət ediblər. Abidə önünə tər qərənfillər düzərək torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar. Abidə Kompleksində şəhidlərimizin şəkillərinin nümayiş olunduğu monitoru, haqqında yazılmış məlumat lövhələrini izləməklə igid oğullarımızı yaxından tanıyıblar. 

Zəfər Günündə Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun Mərkəzi Xəstəxananın girişində adına ucaldılmış bulaq-abidə kompleksinin önündə xatirə şəkli çəkdirərək igid Vətən oğlunu ehtiramla yad ediblər.



 


Daha sonra Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

 

Qazax RMX PHŞ-in direktoru Sevda Məmmədova giriş sözü ilə çıxış edərək 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində qazandığımız tarixi Qələbə, şanlı Zəfər münasibətilə təbriklərini, səmimi ürək sözlərini çatdırıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsində xalqımızın bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşməsindən söz açıb. S.Məmmədova 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərə görə Ali Baş Komandana, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib. Vətən müharibəsində həkimlərimizin fədakarlığından söz açan baş həkim onların əməyini yüksək qiymətləndirib.

Tədbirin sonunda Birinci Qarabağ və Vətən müharibəsində iştirak etmiş RMX-nın həkim, orta tibb və Təcili Tibbi Yardım sürücülərinə xatirə hədiyyələri təqdim edilib.

Həkimlərdən Gülməmməd Gülməmmədov, Məzahir, Qarayev, Vidadi Quliyev, Qazax Müalicə Diaqnostika Mərkəzinin direktoru Kamandar İbrahimov, Musa Sarıyev, Üzeyir Vəliyev, Şövkət Əhmədova, sürücülərdən Məhərrəm Həsənov, Zahid Yaqubov, Əmrah Yolçuyev, Nofəl Xasayev, Nofəl Alıyev, Zeynal Xasayev, Tural Xasayev, İqbal Əhmədov, Azad Xuduyev, Razim Mustafayev, Bilal Mustafayev, Elxan Qocayev, İlqar Qurbanov, Məhəmmədəli Quluyev və Vətən müharibəsi iştirakçısı Elnur Mehmanov Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, əməklərinə verilən qiymətə görə minnətdarlıq ediblər.

 














 

GOYEZEN.AZ



Facebook-da paylaş