Qazaxda bu günədək vətəndaşlara 24 min 937 doza vaksin vurulub
Bu
gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycanın COVID-19-la mübarizədə
atdığı addımları dəyərləndirərkən, nə qədər böyük işlər görüldüyünün şahidi
oluruq. Azərbaycan dünyanın az saylı dövlətlərindəndir ki, Ümumdünya Səhiyyə
Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olduqdan sonra ölkə Prezidenti İlham
Əliyevin rəhbərliyi altında pandemiya ilə mübarizədə ilk günlərdən ciddi və
əməli tədbirlər görülməyə başladı. Qısa müddətdə böyük çarpayı potensialı olan
xəstəxanaların hazır vəziyyətə gətirilməsi, yeni modul tipli xəstəxanaların
inşa edilməsi, yüksək səviyyədə test keçirilə bilən müasir laboratoriyaların
fəaliyyət göstərməsi bu sahədə görülmüş işlərin bariz nümunəsidir.
Sevindirici
haldır ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də məhz
Azərbaycan oldu. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə
2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19
infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması
prosesinin uğurla davam etdirilməsi söylədiklərimizin əyani sübutudur.
Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının
qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına
nail olmaqdır. Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi isə dövlətin
virusla mübarizə strategiyasını daha da gücləndirir. Ən əsası da vətəndaşlar
COVID-19-a qarşı vaksinasiya olunmaqla, həm özlərini, həm də ətrafdakı
insanları bu virusa yoluxmaqdan qorumuş olurlar.
Strategiyaya
uyğun olaraq koronavirus pandemiyasının qarşısının alınması
məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Qazaxda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması
prosesi uğurla davam edir. Hazırda rayonda yaşı 40-dan,
50-65 və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci
doza vaksinin vurulması prosesi aparılır.
Qeyd
edək ki, vaksinasiya prosesi başlanıldığı gündən indiyədək rayon üzrə vətəndaşlara 24
min 937 doza vaksin vurulub. Onlardan 14 min 398 nəfərə birinci doza, 10 min 539 nəfərə isə ikinci
doza vaksin vurulub.
Məlumat
üçün bildirək ki, əhalinin COVID-19-a qarşı vaksinasiya
prosesini müvəffəqiyyətlə başa çatdırmaq üçün Qazax Rayon Mərkəzi
Xəstəxanasında bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin
həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər
şöbəsində qəbul otağı, qeydiyyat otağı, xüsusi peyvənd otağı, nəzarət otağı,
təcili tibbi yardım otağı və həkim briqadaları ayrılıb. Peyvəndlərin daşınması
üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş