• Təqvim

  • Unutma

  • Maraq



Qazax: yaşı 50-dən yuxarı şəxslərin vaksinasiyası başladı

Respublika mətbuatı Qazax haqqında


Qazaxda Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.

Rayonda yaşı 50-dən yuxarı olan şəxslərin də vaksinasiya prosesi başlanmışdır. Bu prosesin ilk günü İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da rayon Mərkəzi Xəstəxanasına gələrək COVID-19 əleyhinə peyvənd olunmuşdur.

Vətəndaşlarla səmimi söhbət edən İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülmüş işlərin kökündə onların sağlamlığının dayandığını bildirmişdir. Rayon rəhbəri pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd etmiş və bu işdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulamışdır. Məlumat üçün bildirək ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində qəbul, qeydiyyat, xüsusi peyvənd, nəzarət, təcili tibbi yardım otaqları ayrılmışdır. Burada peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun hər cür şərait yaradılmışdır.

Hamlet QASIMOV,

"Xalq qəzeti”nin bölgə müxbiri

2 mart 2021-ci il




Facebook-da paylaş