• Təqvim

  • Maraq



Qazaxda 8 Noyabr – Zəfər Günü ərəfəsində şəhidlərin uyuduğu xiyaban və qəbiristanlıqlarda təmizlik işləri aparılıb


Hüseynbəyli kənd qəbiristanlığında olan Şəhidlər Xiyabanı

2020-ci ilin 27 sentyabrında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə başladı. Azərbaycanın igid, mərd oğulları Vətən müharibəsində qəhrəmanlıq göstərərək 44 gündə tarix yazdılar. İgid Vətən oğulları torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar, sağlamlıqlarını itirərək qazi adını aldılar. 44 gündə qazandığımız şanlı Zəfər Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Vətən müharibəsində şanlı Azərbaycan Ordusu döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazaraq xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoydular. Bu gün noyabrın 8-də 28 illik həsrətdən sonra azadlığına qovuşan, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Əldə etdiyimiz tarixi Qələbimizə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq. İllər keçsə də Azərbaycan xalqı milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o tarixi Qələbəni bizə bəxş edən, ölkəmizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq salnaməsi yazan şəhidlərimizin xatirəsini hər zaman əziz tutur.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq. Bu il ilk dəfə 8 noyabr həm də Şuşa Şəhəri Günü kimi yaddaşlara yazılacaq. 

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.   

Həmin tədbirlər çərçivəsində 8 Noyabr – Zəfər Günü ərəfəsində şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında, Abidə Komplekslərində, Daş Salahlı kənd Şəhidlər Xiyabanında, Çaylı kənd Şəhidlər Xiyabanında, Yuxarı Salahlı kənd Şəhidlər Xiyabanında, şəhidlərin uyuduğu şəhər və kənd qəbiristanlıqlarında, eləcə də ətraf ərazilərdə torpaqlarımızın işğaldan azad olunmasında canından keçərək Şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq təmizlik işləri aparılıb.

4-5 noyabr tarixlərində Şəhidlər Xiyabanı ərazisində, bütün qəbiristanlıqlarda təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb, məzar daşları, şəhidlərimizin şəkli əks olunmuş lövhələr silinərək bir daha şəhidlərin əziz xatirəsinə hörmət və ehtiram bildirilib.

Bütün qəbiristanlıqlarda keçirilən iməcilik sakinlər tərəfindən də razılıqla qarşılanıb. Şəhidlərimizə Allahdan rəhmət diləyən sakinlər əziyyəti keçən insanlara və təşəbbüskarlara minnətdarlıqlarını ifadə ediblər. 

Şəhər qəbiristanlığı

Daş Salahlı kənd Şəhidlər Xiyabanı

Çaylı kənd Şəhidlər Xiyabanı


Yuxarı Salahlı kəndində şəhidlərin xatirəsinə yaradılmış Abidə Kompleksi

Yuxarı Salahlı kənd qəbiristanlığı

Ağköynək kənd qəbiristanlığı

Birinci Şıxlı kənd qəbiristanlığı

Ürkməzli kənd qəbiristanlığı


Dəmirçilər kənd qəbiristanlığı


Canalı kənd qəbiristanlığı


Orta Salahlı kənd qəbiristanlığı


Aslanbəyli kənd qəbiristanlığı

Aşağı Salahlı kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq


GOYEZEN.AZ



Facebook-da paylaş