• Təqvim

  • Maraq



Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində şəhidlərin uyuduğu xiyaban və qəbiristanlıqlarda təmizlik işləri aparılıb


Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərərək 44 gündə tarix yazdı. İgid Vətən oğulları torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar, sağlamlıqlarını itirərək qazi adını aldılar. 

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.  

İllər keçsə də Azərbaycan xalqı milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o tarixi Qələbəni bizə bəxş edən, ölkəmizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq salnaməsi yazan şəhidlərimizin xatirəsini hər zaman əziz tutur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.  

Həmin tədbirlər çərçivəsində 27 Sentyabr - Anım Günü ərəfəsində şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında, Abidə Komplekslərində, Daş Salahlı kənd Şəhidlər Xiyabanında, Çaylı kənd Şəhidlər Xiyabanında, Yuxarı Salahlı kənd Şəhidlər Xiyabanında, şəhidlərin uyuduğu şəhər və kənd qəbiristanlıqlarında, eləcə də ətraf ərazilərdə torpaqlarımızın işğaldan azad olunmasında canından keçərək Şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq təmizlik işləri aparılıb.

Şəhidlər Xiyabanı ərazisində, qəbiristanlıqlarda təmizlik işləri aparılıb, məzar daşları,  şəhidlərimizin şəkli əks olunmuş lövhələr silinərək bir daha şəhidlərin əziz xatirəsinə hörmət və ehtiram bildirilib.

Bütün qəbiristanlıqlarda keçirilən iməcilik sakinlər tərəfindən də razılıqla qarşılanıb. Şəhidlərimizə Allahdan rəhmət diləyən sakinlər əziyyəti keçən insanlara və təşəbbüskarlara minnətdarlıqlarını ifadə ediblər. 

Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanı

Hüseynbəyli kənd qəbiristanlığında olan Şəhidlər Xiyabanı

Daş Salahlı kənd Şəhidlər Xiyabanı


Çaylı kənd Şəhidlər Xiyabanı

Yuxarı Salahlı kəndində şəhidlərin xatirəsinə yaradılmış Abidə Kompleksi

Ürkməzli kənd qəbiristanlığı

Birinci Şıxlı kənd qəbiristanlığı

İkinci Şıxlı kənd qəbiristanlığı


Şəhər qəbiristanlığı

Abbasbəyli kənd qəbiristanlığı

Ağköynək kənd qəbiristanlığı


Canalı kənd qəbiristanlığı


Kosalar kənd qəbiristanlığı

Qazaxbəyli kənd qəbiristanlığı


GOYEZEN.AZ



Facebook-da paylaş