Qazaxda şəhidlərin uyuduğu Xiyaban və ətraf ərazilərdə təmizlik işləri aparılıb
Hər bir xalqın özünü dərk etməsində dönüş nöqtəsi olan, qan yaddaşında silinməz iz qoyan hadisələr var. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan tarixinə əbədi yazılıb. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o qanlı gecədən artıq 33 il keçir...
İllər ötsə belə Azərbaycan xalqı ölkəmizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq salnaməsi yazan 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Həmin tədbirlər çərçivəsində yanvarın 16-da Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun Şəhidlər Xiyabanında, şəhidlərin uyuduğu qəbiristanlıqlarda və ətraf ərazilərdə ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad olunmasında canından keçərək ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq təmizlik işləri aparılıb.
Şəhidlər Xiyabanı ərazisində təmizlik, səliqə - səhman yaradılıb, məzar daşlarında şəhidlərimizin şəkli əks olunmuş lövhələr silinərək bir daha şəhidlərin əziz xatirəsinə hörmət və ehtiram bildirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş