• Təqvim

  • Unutma

  • Maraq



Bu gün şəhid Məmməd Mərdanovun cənnətdəki ilk doğum günüdür

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Mərdanov Məmməd Ələddin oğlu 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. Bu gün isə uca bir məqama – Şəhidlik zivəsinə yüksəlib. Məmməd Mərdanov 22 sentyabr 2021-ci ildə Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək şəhid olub. Sentyabrın 23-də doğulub boya-başa çatdığı Xanlıqlar kənd qəbiristanlığında torpağa tapşırılıb.

İki qız, bir oğul övladını bizlərə yadigar qoyub uca zirvəyə yüksələn igid Vətən oğlunun bu gün cənnətdəki ilk doğum günüdür. Yaşasaydı qəhrəman şəhidimizin 34 yaşı tamam olacaqdı.

Bu gün Azərbaycan qalib ölkə kimi bütün dünyada tanınırsa, ordumuzun gücü, qüdrəti sayəsində işğalda olan torpaqlarımız azad edilibsə, buna görə bir vətəndaş olaraq hər birimiz Ali Baş Komandana, torpaqlarımız uğrunda canını fəda edən əsgər və zabitlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən uğrunda canından keçmiş bütün şəhidlərimiz kimi, Məmməd Mərdanov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Məmməd kimi igid, cəsur oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman onlardan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!



Facebook-da paylaş