Qazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən uğrunda canlarından keçən şəhidlərin adlarını əbədiləşdirən guşədən - FOTOLAR
Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən nümunəvi işlərdən biri də Qazax Tarix-Diyarşünaslıq Muzeyində yaradılan guşədir.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə yaradılmış bu guşə igid Vətən oğullarına olan hörmət və ehtiramın göstəricisidir.
Muzeyin ikinci mərtəbəsində yaradılan bu guşə bu gün hər kəsin ziyarət etdiyi müqəddəs bir məkana çevrilib.
Bütün şəhidlərimizi dərin ehtiramla yad edir, ruhları qarşısında baş əyirik...
Facebook-da paylaş