• Təqvim

  • Maraq



"Arkoz Qazax Sement Zavodu” MMC hər zaman şəhid ailələrinin yanındadır

Bu gün sevindirici haldır ki, Qazax rayonunda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu” MMC Azərbaycanın iri sement istehsalçılarından biri olaraq illərdir ki, böyük layihələrə imza atır. Zavod fəaliyyəti dövründə öz xeyirxah əməlləri ilə hər zaman seçilir, rayonda görülən işlərə öz töhfəsini verir. Zavodun rəhbərliyi ölkə Prezidenti İlham Əliyevin, eləcə də rayon rəhbərliyinin vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdikləri qayğını əldə rəhbər tutaraq xeyirxah əməlləri ilə hər kəsə örnək olur. Təqdirəlayiq işləri həyata keçirməkdə öz ənənəsinə sadiq qalan zavodun kollektivi şəhid ailələrini, qaziləri daim diqqətdə saxlayır, qayğı göstərərək onların sosial problemlərinin həllində, məişət şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edir. Bəli, həmişə xeyirxah işlərlə, savab əməllərlə fərqlənən zavod bu il də öz ənənəsinə sadiq qalaraq daha bir şəhid ailəsinin yanında olub.

Zavod rəhbərliyi bu dəfə Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran qəhrəmanlarımızdan biri - Quşçu Ayrım kəndinin igid oğlu şəhid Cəfərov İlqar Dursun oğlunun ailəsinə diqqət ayırıb, qayğı göstərib. Zavod kollektivi qəhrəman şəhidimizin vaxtilə yaşadığı evdə təmir-tikinti işləri apararaq onların yanında olduqlarını nümayiş etdirir, şəhidimizin vaxtilə yaşadığı evin onun adına layiq şəkildə təmir olunması üçün əllərindən gələni əsirgəmirlər.

Şəhidimizin ailəsi öz növbəsində razılığını bildirir. “Arkoz Qazax Sement Zavodu”nun şəhid ailələrinə olan qayğısını eşitdiklərini qeyd edən şəhid ailəsi bu gün bunu öz ailələrinin timsalında hiss etdiklərini söyləyir. Şəhidimizin boya-başa çatdığı evin onun arzuladığı kimi təmir olunmasını bunun bariz nümunəsi olaraq qeyd edir. Şəhidimizin evinin təmir olunmasını, məişət şəraitinin yaxşılaşdırılmasını dövlətin onlara olan növbəti qayğısı kimi dəyərləndirir. Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Qeyd edək ki, şəhid İlqar Cəfərov 27 fevral 1976-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1983-cü ildə Qazax rayon Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olmuş, 1994-cü ildə həmin orta məktəbi bitirərək ordu sıralarına yollanmışdır. 3 sentyabr 1995-ci ildə Ağdam rayonunun Əfətli kəndində gedən döyüşlər zamanı şəhid olmuşdur. Qəhrəman şəhidimiz Quşçu Ayrım kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.



Facebook-da paylaş


{sape_links}