Əsas Səhifə > Şəhidlər > "Arkoz Qazax Sement Zavodu” MMC hər zaman şəhid ailələrinin yanındadır
"Arkoz Qazax Sement Zavodu” MMC hər zaman şəhid ailələrinin yanındadır29-01-2026, 16:59 |
|
Şəhidimizin ailəsi öz növbəsində razılığını bildirir. “Arkoz Qazax Sement Zavodu”nun şəhid ailələrinə olan qayğısını eşitdiklərini qeyd edən şəhid ailəsi bu gün bunu öz ailələrinin timsalında hiss etdiklərini söyləyir. Şəhidimizin boya-başa çatdığı evin onun arzuladığı kimi təmir olunmasını bunun bariz nümunəsi olaraq qeyd edir. Şəhidimizin evinin təmir olunmasını, məişət şəraitinin yaxşılaşdırılmasını dövlətin onlara olan növbəti qayğısı kimi dəyərləndirir. Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə minnətdarlığını bildirir. Qeyd edək ki, şəhid İlqar Cəfərov 27 fevral 1976-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1983-cü ildə Qazax rayon Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olmuş, 1994-cü ildə həmin orta məktəbi bitirərək ordu sıralarına yollanmışdır. 3 sentyabr 1995-ci ildə Ağdam rayonunun Əfətli kəndində gedən döyüşlər zamanı şəhid olmuşdur. Qəhrəman şəhidimiz Quşçu Ayrım kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.
Geri qayıt |