• Təqvim

  • Maraq



Prokurorluq əməkdaşları beynəlxalq tədbirdə iştirak edib


Prokurorluq əməkdaşlarının beynəlxalq təcrübəni öyrənməklə peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və əldə edilmiş biliklərin təcrübədə tətbiq etməsi istiqamətində işlər davam etdirilir.

Bu məqsədlə prokurorluq əməkdaşlarının beynəlxalq təlim kurslarında, konfranslarda, seminarlarda və digər tədbirlərdə iştirakı təmin olunur.

Belə ki, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə, Qazax rayon prokuroru Rauf Gözəlov və Kəlbəcər rayon prokuroru Vüqar Əhmədlidən ibarət heyət cari ilin 28 fevral - 1 mart tarixlərində təşkil olunan “Transsərhəd mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə prokurorların beynəlxalq forumu” adlı seminarında iştirak edib.


Tədbir çərçivəsində mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində müxtəlif ölkələrin təcrübəsi, müasir çağırışlar və beynəlxalq hüquqi əməkdaşlıq məsələləri müzakirə olunub. 

Nümayəndə heyəti xarici prokurorluqlardan olan həmkarları ilə qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı hüquqi yardım və ekstradisiya haqqında sorğuların icrasının tezləşdirilməsi, həmçinin maraq doğuran digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparıblar.

https://genprosecutor.gov.az/az/post/7358



Facebook-da paylaş