• Təqvim

  • Maraq



YAP Qazax Rayon Təşkilatının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsində dahi şəxsiyyətin abidəsini ziyarət ediblər


12 dekabr 2003-cü il! Bu tarix müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi rəhbər, böyük xilaskar, Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə hər il olduğu kimi, bu il də rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları, gənclər dahi şəxsiyyətin abidəsini ziyarət edir, müqəddəs məkana çevrilmiş Qazax Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyəti ilə bir daha yaxından tanış olurlar. 

Dekabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və aparatın işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. 

Sonra Aparat işçiləri Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli və mənalı  ömür yolunu əks etdirən sərgi və fotostendlə tanış olublar. Ulu Öndərin böyük xilaskarlıq missiyasını və müstəqil Azərbaycanımızın həyatındakı müstəsna xidmətlərini əks etdirən film izləyiblər. 

Sonda Ümummilli Liderin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin xəritəsi ətrafında dahi rəhbərin uzaqgörən siyasəti, xilaskarlıq missiyası və misilsiz xidmətləri barəsində geniş söhbətlər aparılıb.



Facebook-da paylaş