• Təqvim

  • Maraq



İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətləri dinlənilib


Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğının kökündə ölkəmizdə bütün sahələrdə vətəndaş amilinə, vətəndaş məmnunluğuna üstünlük verilməsi dayanır. Ən əsası da bu, hər bir dövlət məmuruna nümunədir. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 17 idarə və müəssisədən 10-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 1013 nəfər vətəndaş qəbul edilib. Onlardan 866 nəfərin müraciəti müsbət həll olunub, 147 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 19 nəfər vətəndaş müraciət edib. Onlardan 2 nəfər sənəd, 1 nəfər əlillik dərəcəsinin təyini, 2 nəfər stasionar müalicə, 7 nəfər digər xəstəxanaya göndəriş, 1 nəfər xəstəlik, 6 nəfər digər məsələ ilə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 18-i yerində həll edilib. 1-i isə qanunamüvafiq qaydada cavablandırılıb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 132 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 72 nəfərin istəyi müsbət həll edilib, 60 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 105 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 34 nəfərin istəyi müsbət həll edilib, 71 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinə həftə ərzində müraciət etmiş 1 nəfərin telefonun bərpa olunması, 1 nəfərin telefonun addan-ada dəyişməsi ilə bağlı istəkləri müsbət həllini tapıb.

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 3 nəfərin ad dəyişmə, 1 nəfərin su sayğacından axıntı, 2 nəfərin kanalizasiya xəttinin düzəldilməsi barədə istəkləri müsbət həll edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 13 nəfər vətəndaşın işlə təmin olunma, 1 nəfər vətəndaşın öz hesabına məzuniyyətə çıxarılması ilə bağlı müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb.

Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsində 1 nəfər vətəndaşın qaz sayğacı işləmədiyinə görə dəyişdirilməsi ilə bağlı müraciəti müsbət həll edilib.

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 3 nəfər vətəndaşın smart kart sayğaca pul yüklənməsi ilə bağlı müraciəti təmin edilib.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 730 nəfər vətəndaşın əkin sahələrinin bəyanı ilə bağlı müraciətləri müsbət həllini tapıb.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax Rayonu üzrə Maliyyə Şöbəsində həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın dövlət rüsumunun geri qaytarılması ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb.

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ



Facebook-da paylaş