İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətlərinə baxılıb
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı bir daha onu göstərir ki, ölkəmizdə bütün sahələrdə vətəndaş amili, vətəndaş məmnunluğu əsas götürülür. Ən əsası da bu, hər bir dövlət məmuruna nümunədir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.
Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.
Bu həftə ərzində rayon üzrə 18 idarə və müəssisədən 9-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 595 nəfər vətəndaş qəbul edilib. Onlardan 446 nəfərin müraciəti müsbət həll olunub, 149 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 9 nəfər vətəndaş müraciət edib. Onlardan 3 nəfər sənəd, 3 nəfər digər xəstəxanaya göndəriş, 1 nəfər xəstəlik, 1 nəfər əlillik dərəcəsinin təyini, 1 nəfər digər məsələ ilə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 6-sı yerində həll edilib. 3-ü isə qanunamüvafiq qaydada cavablandırılıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 136 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 69 nəfərin istəyi müsbət həll edilib, 67 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 75 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 7 nəfərin istəyi müsbət həll edilib, 68 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
"Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinə həftə ərzində müraciət etmiş 2 nəfərin internet çəkilişi, 1 nəfərin internetin bərpa olunması ilə bağlı istəkləri müsbət həllini tapıb.
8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 2 nəfərin ad dəyişmə, 2 nəfərin kanalizasiya xəttinin düzəldilməsi, 1 nəfərin su axıntısı barədə istəkləri müsbət həll edilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 6 nəfər vətəndaşın işlə təmin olunma, 1 nəfər vətəndaşın bağça ilə bağlı müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 2 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi ilə bağlı müraciətləri təmin edilib. 1 nəfər vətəndaşın adın səhv yazılması, 2 nəfər vətəndaşın evə və obyektə sayğac quraşdırılması ilə bağlı müraciətlərinə cavab olaraq aidiyyəti üzrə “Asan xidmət” mərkəzinə getmələri tövsiyə olunub.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 352 nəfər vətəndaşın əkin sahələrinin bəyanı, 1 nəfər vətəndaşın itmiş fermer kartı, 1 nəfər vətəndaşın lizinq yolu ilə cins malın alınması ilə bağlı müraciətləri müsbət həllini tapıb.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax Rayonu üzrə Maliyyə Şöbəsində həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın artıq ödənilmiş dövlət rüsumunun qaytarılması ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb.
Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.
GOYEZEN.AZ
Facebook-da paylaş