• Təqvim

  • Maraq



YAP Qazax rayon təşkilatının partiya fəalları ilə görüşləri davam edir


Sentyabrın 19-da 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bu dəfə sərhəd kəndi Cəfərlidə partiya fəalları ilə görüş keçirib.  

Görüşdə öncə Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, partiyanın VII qurultayından sonra aparılan islahatlardan, həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən ətraflı danışıb. Rayon təşkilatınnın sədri Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezident, partiya sədri İlham Əliyevin tapşırıq və tövsiyələrlə zəngin, proqram xarakterli nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsindən, qazanılan nailiyyətlərdən, əldə olunan uğurlardan ətraflı bəhs edib. A.Nəbiyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən daxili və xarici siyasətdən, beynəlxalq aləmdə, regionda, ölkəmizdə cərəyan edən hadisələrdən, mövcud ictimai - siyasi durumdan, 44 günlük Vətən müharibəsindəki misilsiz qələbədən, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən, “Böyük Qayıdış”ın uğurla həyata keçirilməsindən böyük ruh yüksəkliyi ilə danışıb. Natiq ölkə başçısının diqqəti, qayğısı və rayon rəhbərinin rəhbərliyi ilə Qazax rayonunda görülən işlərdən, həyata keçirilən məqsədyönlü tədbirlərdən də ətraflı bəhs edib. Partiya fəallarından Fazil Almazovun, Məzahir Mustafayevin və digərlərinin suallarını cavablandırıb.



Facebook-da paylaş