• Təqvim

  • Maraq



Qazaxda “Azərbaycanı inkişafa, yüksəlişə aparan yolun başlanğıcı” mövzusunda tədbir keçirilib


Avqustun 30-da Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatında 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanı inkişafa, yüksəlişə aparan yolun başlanğıcı” mövzusunda tədbir keçirilib.

Tədbir YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün ziyarəti ilə başlayıb.


Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamə ilə əlaqədar geniş məlumat verib. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda çətin şəraitdə çoxşaxəli fəaliyyətindən, misilsiz xidmətlərindən ətraflı danışıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən daxili və xarici siyasətdən geniş bəhs edib. 


Tədbirdə iştirak edən partiya veteranlarından İsgəndər Qurbanov, Gövhər Rəhimova, ərazi partiya təşkilatı sədrlərindən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli  tam orta məktəbin direktoru Rəna Bayramova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, şərəfli və mənalı ömür yolundan ətraflı söz açıblar. Müstəqil Azərbaycanın memarı və xilaskarı olan Ümummilli Lider Heydər Əliyevə Allahdan rəhmət diləyib, möhtərəm Prezident İlham Əliyev cənabları başda olmaqla müdrik xalqımıza uğurlar arzulayıblar. 



Facebook-da paylaş