• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib


İyulun 12-də “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı “Arkoz Qazax Sement Zavodu” MMC ərazi partiya təşkilatında “Ümummilli Lider Heydər Əliyev - 14 iyul 1969-cu ildən başlanan davamlı inkişaf strategiyasının banisidir” mövzusunda tədbir keçirilib.

Tədbir işt\irakçıları əvvəlcə “Arkoz Qazax Sement Zavodu” MMC-nin həyətində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anıblar.  


Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra dahi rəhbərin mənalı ömür yolunu, misilsiz xidmətlərini əks etdirən videoçarx nümayiş etdirilib.


Tədbiri giriş sözü ilə “Arkoz Qazax Sement Zavodu” MMC ərazi partiya təşkilatının sədri Nizami Zeynalov açaraq  tədbirin məqsəd və məramı barədə məlumat verib.

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev geniş məruzə çıxış edərək bildirib ki, bu il görkəmli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin  hakimiyyətə gəlişinin 54 ili tamam olur. Danılmaz həqiqətdir ki, 14 iyul 1969-cu il müasir Azərbaycan  tarixinin dönüş mərhələsini təşkil edir. Məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi təyin olunduğu vaxtdan Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyulmuş, respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq, inkişaf dövrü kimi tarixə düşmüşdür. A.Nəbiyev  görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın xilaskarı, qüdrətli rəhbər, müstəqil Azərbaycanın banisi olduğunu tarixi faktlarla diqqətə çatdırıb. Rayon təşkilatının sədri qeyd edib ki, illər, əsrlər ötsə də, nəsillər dəyişsə də Heydər Əliyev Azərbaycan xalqının tarixi yaddaşında daim yaşayacaq, onun müəyyən etdiyi inkişaf yolu isə hər zaman dövlətimizi daha yüksək zirvələrə ucaldacaqdır. Natiq onu da da vurğulayıb  ki, Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçir və beynəlxaq arenadakı mövqelərini daha da möhkəmləndirərək güclü bir dövlətə çevrilib.

Tədbirdə ərazi partiya təşkilatının sədr müavini Elvin Əmiraslanov, partiya fəallarından İlham Alıyev, Orxan Nərimanov çıxış edərək Heydər Əliyev kimi güclü liderin misilsiz fəaliyyətindən, müstəsna xidmətlərindən, apardığı məqsədyönlü, vacib islahatlardan ətraflı danışıblar.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqəsi təqdim edilib.

YAP Qazax rayon təşkilatı “Arkoz Qazax Sement Zavodu” MMC ərazi partiya təşkilatının ən fəal partiya üzvləri Fəxri Fərmanla təltif olunublar.



Facebook-da paylaş