İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətlərinə baxılıb
Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin əsasını təşkil etməsi deməkdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.
Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.
Bu həftə ərzində rayon üzrə 19 idarə və müəssisədən 10-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 266 nəfər vətəndaş qəbul edilib. Onlardan 134 nəfərin müraciəti müsbət həll olunub, 132 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 47 nəfər vətəndaş müraciət edib. Onlardan 14 nəfər xəstəlik, 9 nəfər əlillik dərəcəsinin təyini, 4 nəfər dərman, 3 nəfər stasionar müalicə, 4 nəfər digər xəstəxanaya göndərişlə, 6 nəfər sənədlə, 4 nəfər iş, 3 nəfər digər məsələ ilə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 32-si yerində həll edilib, 15-i isə qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 10 nəfərin müayinə ilə bağlı istəyi müsbət həll edilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 128 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 64 nəfərin istəyi müsbət həll edilib, 64 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 57 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 15 nəfərin istəyi müsbət həll edilib, 42 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
"Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinə həftə ərzində müraciət etmiş 1 nəfərin telefon çəkilişi, 1 nəfərin telefon ünvandəyişmə və 1 nəfərin telefon addəyişmə ilə bağlı istəyi müsbət həllini tapıb.
"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 2 nəfər vətəndaşın adlarına göndərilən maneqramların saxlancdan çıxarılmaı ilə bağlı istəkləri müsbət həll olunub.
8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 3 nəfərin don vurmuş su sayğacı, 2 nəfərin su xətti və su sayğacı ilə bağlı istəkləri müsbət həll edilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 6 nəfər vətəndaşın işlə təmin olunma ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 3 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi ilə bağlı müraciətləri təmin edilib. 1 nəfərin yeni evə sayğac quraşdırılması ilə bağlı müraciəti aidiyyəti üzrə yönləndirilib.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 2 nəfər vətəndaşın payızlıq taxıl əkini üçün bəyan verilməsi, 1 nəfər vətəndaşın subsidiyanın köçməməsi, 1 nəfər vətəndaşın torpaq məsələsi ilə bağlı müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb.
Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.
GOYEZEN.AZ
Facebook-da paylaş