• Təqvim

  • Maraq



İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaş müraciətləri dinlənilib


Bu gün vətəndaş amilinin, vətəndaş məmnunluğunun ön plana çəkilməsi bir daha onu sübut edir ki, ölkəmizdə bu amil dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda öz əksini tapır ki, hər bir dövlət məmuruna nümunədir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 19 idarə və müəssisədən 10-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 332 nəfər vətəndaş qəbul edilib. Onlardan 216 nəfərin müraciəti müsbət həll olunub, 116 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 18 nəfər vətəndaş müraciət edib. Onlardan 11 nəfər xəstəlik, 1 nəfər işə qəbul, 1 nəfər stasionar müalicə, 3 nəfər əlillik, 2 nəfər digər məsələ ilə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 13-ü yerində həll edilib, 5-i isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 8 nəfərin müayinə ilə bağlı istəyi müsbət həll edilib. 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 182 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 127 nəfərin istəyi müsbət həll edilib, 55 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 102 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 54 nəfərin istəyi müsbət həll edilib, 48 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına həftə ərzində müraciət etmiş 1 nəfərin internet çəkilişi, 1 nəfərin telefon ad dəyişməsi ilə bağlı istəyi müsbət həllini tapıb.

"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 2 nəfər vətəndaşın adlarına göndərilən maneqramın saxlanca düşməsi ilə əlaqədar istəkləri müsbət həll olunub.

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 1 nəfərin kanalizasiya quyusunun qapağı, 1 nəfərin su xətti və su sayğacı, 1 nəfərin kanalizasiya xəttindəki qəza, 4 nəfərin don vurmuş su sayğacı ilə bağlı istəkləri müsbət həll edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 7 nəfər vətəndaşın işlə təmin olunma ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb. 

Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinə müraciət etmiş 1 nəfərin qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətinə qanunamüvafiq qaydada izahat verilib.

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 3 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi ilə bağlı müraciətləri təmin edilib.

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ



Facebook-da paylaş