• Təqvim

  • Maraq



Qazaxda Vətən müharibəsi qazisi Elməddin Yusubov və qazi qardaşları onların adından danışan Eldəniz Əzimov barəsində ciddi tədbir görülməsini tələb edirlər - VİDEO


Bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da örnək götürülür. Bu amili hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır. 

44 günlük Vətən müharibəsində qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Xocəvəndin azad olunmasına görəmedalı ilə təltif olunan Yusubov Elməddin Əziz oğlu da daim qayğı ilə əhatə olunur.

Elməddin Yusubov dövlətin ona göstərdiyi qayğıdan bu gün də razılıq edir. Qazax şəhəri Bakı küçəsində yaşayan Eldəniz Əzimov adlı şəxsin onun və ailəsinin haqqında etdiyi paylaşımı isə şəhid ailələrinə, qazilərimizə qarşı qara ləkə hesab edir.

Dövlətin onlara göstərdiyi qayğıdan razılıq edən Vətən müharibəsi qaziləri mayor Xəyyam Əliyev, Xalid Həsənov və başqaları da şəhid ailələri, qazilərimiz haqda danışmağa haqqı çatmayan bir şəxsin bu gün sosial şəbəkələrdə öz mənafeyi üçün qazi Elməddin Yusubovun və ailəsinin şəklini paylaşmasını özlərinə qarşı təhqir sayırlar. Bu cür şəxs barəsində ciddi tədbir görülməsini tələb edirlər.  

Qazilərimizin paylaşımla bağlı fikirlərini özündə əks etdirən videonu təqdim edirik.




Facebook-da paylaş