Qazaxda Vətən müharibəsi qazisi Röyal Kərimova növbəti dövlət qayğısı – FOTO/VİDEO
Bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da örnək götürülür. Bu amili hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır.
44 günlük Vətən müharibəsində qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "İgidliyə görə”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini Kərimov Röyal Şəadət oğlu da daim qayğı ilə əhatə olunur.
Ötən il oktyabrın 29-da Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir çox orqanları zədə alan Röyal Kərimova göstərilən qayğının nəticəsidir ki, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə qazimizin yaşadığı ev əsaslı şəkildə təmir olunub. Əvvəl 2 otaq və yarımçıq tikilidən ibarət olan ev demək olar ki, yenidən qurulub. 2 yataq otağı və 1 böyük zal tikilərək, 2 yataq otağı və 1 mətbəx isə təmir olunaraq tam yaşayış vəziyyətinə gətirilib. Bu günlərdə əsaslı şəkildə yenidən qurulan 5 otaqlı ev qazimizin ailəsinə təhvil verilib. Bu, Röyal Kərimovun timsalında dövlətin qazilərimizə olan növbəti qayğısıdır.
Facebook-da paylaş