Qazaxda xüsusi karantin rejimini pozaraq toy və yas məclisi təşkil edən şəxslər cərimə olunub
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər Qazaxda da uğurla davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı tələb və tövsiyələrinin icrası məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən mütəmadi reydlər keçirilir.
Kafe və restoranlarda, eləcə də vətəndaşların yaşadıqları evlərin həyətində kütləvi şəkildə toplaşaraq toy, nişan, ad günü mərasimləri keçirmələrinin, həmçinin yas mərasimlərinin təşkil olunmasının qarşısının alınması istiqamətində aparılan reydlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan vətəndaşlar haqqında ciddi tədbirlər görülür.
Oktyabrın 31-də keçirilən növbəti reydlər zamanı Qazax şəhər sakini Bayramov Mehrab Məmiş oğlunun işlətdiyi çayxanada xüsusi karantin rejiminin qaydalarını pozaraq saat 24:00-dək fəaliyyət göstərməsi, rayonun Aşağı Salahlı kənd sakini Əfəndiyev Zamin Hacı oğlunun, Çaylı kənd sakini Qocayev Azad Sabir oğlunun isə xüsusi karantin rejiminin qaydalarını pozaraq toy və yas məclisi təşkil etmələri məlum olub. Çayxana, toy və yas sahibləri barəsində Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş