• Təqvim

  • Maraq



Qazaxda xüsusi karantin rejimini pozaraq toy məclisi təşkil edən şəxslər cərimə olunub


Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər Qazaxda da uğurla davam etdirilir.

Ölkə ərazisində xüsusi karantin rejimi qaydalarının təmin olunması, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri rayonda birmənalı şəkildə icra olunur. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən mütəmadi reydlər aparılır

Rayonda xüsusi karantin rejimi qaydalarını pozan vətəndaşlar haqqında da ciddi tədbirlər görülür. Kafe və restoranlarda, eləcə də vətəndaşların yaşadıqları evlərin həyətində kütləvi şəkildə toplaşaraq toy, nişan, ad günü mərasimləri keçirmələrinin, həmçinin yas mərasimlərinin təşkil olunmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz işlər həyata keçirilir.

Oktyabrın 30-da keçirilən növbəti reydlər zamanı Qazax rayon Qazaxbəyli kənd sakini Məmmədov Kəmaləddin Məmməd oğlunun, Yuxarı Salahlı kənd sakini Mustafayeva Nərgiz Gülməmməd qızının, Daş Salahlı kənd sakini Osmanov Ruslan Afiq oğlunun xüsusi karantin rejiminin qaydalarını pozaraq toy məclisi təşkil etmələri məlum olub. Hər üç toy sahibi barəsində Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə olunublar.

GOYEZEN.AZ



Facebook-da paylaş