Azərbaycanda avtomobil benzininin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır
Dünya
ölkələrində yanacağın qiymətinin artımı Pandemiya
səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində
azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVID-19-a qarşı vaksinin
tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji
qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağının və digər
neft məhsullarının qiymətinə də təsir edir. Beynəlxalq
Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti
bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04
dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir. Türkiyədə
benzin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü
halda, indi 7,2 lirə (1,66 manat) civarındadır - yəni 32%-lik artım var. Gürcüstanda
martda 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lari (1,25 manat) təşkil
edirdi. Ukraynada
ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4% bahalaşıb. Rusiyada
yeni il qabağı Aİ-95 benzininin qiyməti 7% artıb. Ötən
ilin sonundan etibarən bu tendensiya artıq Avropada özünü göstərməyə başlayıb.
Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə
alınıb. İndi isə məlum olub ki, Almaniya vətəndaşları yeni ili yanacağın
qiymətində artımla qarşılayıblar – həm benzin, həm dizelin litrinə görə
almanlar 11 sent artıq xərcləməli olacaqlar. Həmçinin, ekoloji məsələlərə görə
Almaniyada yeni ildən avtomobil sahiblərinin ödədiyi verginin miqdarında kəskin
artım müşahidə olunur. Pandemiya dövründə özünün sosial öhdəliklərini və
sərmayə planlarını yerinə yetirmək üçün Almaniya hökuməti büdcəyə bu yolla
əlavə vəsait cəlb etməyi düşünür. Almaniyanın ZDF telekanalının proqnozuna
görə, bu ölkədə yanacağa olan qiymətdə artım 2021-ci ildə də davam edəcək. Hazırda bəzi ölkələrdə benzin və dizelin qiyməti Hazırda
Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün: - Rusiyada 1,0 manat; - Ukraynada 1,72 manat; - Belarusda 1,14 manat; - Gürcüstanda 1,12 manat təşkil edir. 1 litr üçün
dizel yanacağının qiyməti: - Türkiyədə 1,44 manat; - Rusiyada 1,12 manat; - Ukraynada 1,72 manat; - Belarusda 1,21 manat; - Ermənistanda 1,19 manat; - Gürcüstanda 1,15 manat səviyyəsindədir; - Avropa ölkələrində yanacağın qiyməti olduqca
yüksəkdir; - Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha
olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur. Tarif
dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda
pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Son illər Azərbaycana avtomobil idxalı benzinə və
dizelə tələbatı yüksəldib Son illərdə Azərbaycana
avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876,
2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib.
İdxalın artmasına analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib. Dövlətin sosial siyasəti və əhalinin gəlirlərinin
artması Dizel yanacağı üzrə
sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə
2017-ci ildə aparılıb. Həmin dövrlərdə respublika üzrə orta aylıq əməkhaqqı
uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə
orta aylıq əməkhaqqı 66%, pensiyalar 73% artıb. Ötən ilin 10 ayında
(yanvar-oktyabr) orta aylıq əməkhaqqı 704,5 manat təşkil edib. Göründüyü kimi əhalinin
gəlirlərində əhəmiyyətli artım qeydə alınıb. Benizn və
dizelin qiymətinin artırılmasının səbəbləri: Aİ-92 markalı
avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin
artırılması: - Həmin
məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması; - Ekoloji
mühitin yaxşılaşdırılması; - Neft
emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi; - 2022-ci
ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92
markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə
tutulur; - Tarif
tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı
səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz
enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb; - Dizel
yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin
istehlakına keçilməsi məqsədilə onların arasında qiymət fərqi azaldılıb. Gözlənilən nəticələr - Aİ-92
markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə
olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Misal üçün,
bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi
bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi
isə əlavə olaraq 10 manat ödəyəcəkdir; - Aİ-92
markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan
istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq; - Qiymət
tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır
ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter
daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yönəldiləcəkdir; - Tarif
dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf oluna bilər; - Tarif
artımı çox deyil və vətəndaşların ailə büdcəsinə ciddi bir təsir etməyəcək; - Dizel
yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq
subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir.
Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu,
əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların
gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi
aparılmaması üçün atılan mühüm addımdır; - Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı
sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə
yenidən baxılacaqdır; - Qiymət dəyişikliklərinin digərsahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcəkdir; - Alternativ
yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində
imkanlar yaradılacaq. - Tarif
tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi
üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir. 2019-cu ildə sosial paketlər Bununla yanaşı,
2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi
sosial paket həyata keçirilib. Pandemiya dövründə əhaliyə və biznesə dəstək
paketləri reallaşdırılıb. Prezident İlham Əliyevin təsdiq etdiyi sosial paketlərə
əsasən, 2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər,
müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əməkhaqqı iki dəfə
artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20%-100% həcmində
yüksəldilib. Ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və 72,4%
artırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə
MDB ölkələri və Gürcüstan üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq
qabiliyyəti indeksi üzrə 2-ci yerə yüksəlib. 2019-cu ilin ardıcıl iki
sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz
artırılıb. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə
əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin
aylıq təqaüdləri təsis edilib. Həmçinin məcburi köçkünlərin müavinətləri, tələbələrin
təqaüdləri ciddi şəkildə artırılıb. 800 min insanın problemli kredit
narahatlığına son qoyulub və s. 2019-cu ildəki iki sosial paketin əhatə dairəsi
ümumilikdə 4,2 mln. nəfər olub (əhalinin 42 faizi). Maliyyə yükü 2019-cu il
üçün 2,3 mlrd. manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib. Pandemiya dövründə sosial paket Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı
genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə
fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən
elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə
əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə
edib. - Məşğulluq və sosial rifaha dəstək məqsədilə 4
istiqamət üzrə 12 tədbir olmaqla, sosial dəstək tədbirləri əhalinin təqribən 5
milyon nəfərini əhatə edib; - 190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi
3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib, aprel və may aylarında həmin şəxslərə
ödəniş tam təmin edilib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon (şəhər)
üzrə 3-cü, 4-cü və 5-ci və dekabr ayında ölkə üzrə 6-cı dəfə ödəniş edilib və
il ərzində bu ödəmə üçün 450 milyon manat sərf olunub; - 100 min ailəyə ərzaq payı verilib; - Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib
(12 min ailə, maliyyə yükü 70 mln. manat); - Ödənişli ictimai iş yerlərinin sayı 90 minə
çatdırılıb; - Ünvanlı dövlət sosial yardımı qaydaları sadələşdirilib
və əhatə dairəsi genişləndirilib. Artım 14 min ailəni - 58 min ailə üzvünü əhatə
edib, bu artım üçün ayrılan əlavə vəsait 8 mln. manat təşkil edib; - Əlillik müddəti başa çatan şəxslərin ödəniş müddəti
uzadılıb (14 min nəfərə şamil olunub, ayrılan əlavə vəsait 3 mln. manat); - 65 yaşdan yuxarı 15 min tənha şəxsə və tənha əlilliyi
olan şəxsə evlərində sosial xidmət göstərilib; - Əhaliyə sosial ödənişlərin davamlılığı təmin
edilib, bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun ehtiyatından istifadə olunub
(250 mln. manat). Poskonflikt dövründə sosial paket 2020-ci ilin
dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə
və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək
artırılıb ki, bu da 66,7% artım deməkdir. Həmçinin, "Azərbaycan Respublikasının
Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata
qaldırılıb. "Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min
manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb. Postkonflikt
dövründə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Facebook-da paylaş