Prezident İlham Əliyev: “Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”
Avqustun 6-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə
mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı
videoformatda müşavirə keçirib. Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə
açaraq pandemiyaya qarşı
mübarizənin müsbət nəticələrindən danışıb. Ölkə başçısı qeyd edib ki: "Koronavirusa
qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə
qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət
nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət
altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından
xeyli aşağıdır”. Ölkə rəhbəri koronavirus xəstəliyinin bundan sonra
da nəzarət altında saxlanılacağını bildirərək artıq üç həftədir ki, bu müsbət
dinamikanın müşahidə edildiyini qeyd edib. Bildirib ki: "İlk günlərdən, bu
xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər
görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq”. Bu mübarizədə səhiyyə işçilərinin əməyini yüksək
qiymətləndirən dövlət başçısı qeyd edib ki: "Həkimlərimizin çox böyük əməyi
vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu
xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq
koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il
ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz
olunub. Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və
baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma
yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli
xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana
istismara verilmişdir.Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana
istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər
istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman
Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində
hazır vəziyyətə gətirildi”.
Ölkə Prezidenti
çıxışında sosial dəstək layihələrinin uğurla icra edilməsindən də söz açıb. Dövlət
başçısı vurğulayıb ki: "İqtisadi və sosial məsələlər də öz həllini
tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki,
hər kəs görsün nə qədər böyük işlər görülübdür. 5 milyona yaxın insan geniş
sosial paketlə əhatə edildi”. Cənab Prezidentin də vurğuladığı kimi, ölkəmizdə çox böyük sosial
layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə
çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin
olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Ordu
sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə
təmin olunacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun
21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin
və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin
başçısı deyib: "Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir,
bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu
göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə
dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş
aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail
olacağıq”. Ölkə başçısının da qeyd etdiyi kimi, pandemiya dövrü olmasına baxmayaraq,
bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının
tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord
sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq
554 mənzil verilib. (təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib). Digər
mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid
ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun
müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə
təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı
nəticəsində bu istiqamətdə tədbirlər
geniş vüsət alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri
və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə
600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub
və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə Nazirlik tərəfindən ötən
dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili
ilə təminatı həyata keçirilib. Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı ölkəmizin
ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı
ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza
nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya
müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq
üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da
gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat
fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb. Şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd
2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün
məbləği 3 dəfə artırılıb. Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil
məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə
başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda) aylıq sosial
müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat)
proqramı artıq 100 faizə yaxın icra olunub: 12281 şəhid hərbi qulluqçunun və
şəhid polisin 18 mindən çox vərəsəsi ödəmə ilə təmin edilib. Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək
pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu
sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də
2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib. Şəhid
ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının respublikamızın ali
təhsil müəssisələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli
əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi
üzvləri və müharibə əlilləri üçün bir sıra imtiyaz və güzəştlər də əksini
tapıb. 2 milyon şəxsə sosial ödənişlərin davamlılığı təmin edilmişdir. 6 ayda
ötən illə müqayisədə əhaliyə 590 milyon manat (27%) çox vəsait ödənilmişdir.
- Ünvanlı dövlət sosial yardımı: 1 aprel tarixi ilə müqayisədə 15 min ailə artaraq 85 min ailəyə (və ya
350 min şəxs) verilmişdir. Aylıq orta məbləğ 225 manat; - Sosial xidmətlər: 15 mindən çox 65 yaşdan
yuxarı tənha və əlil şəxsə evində sosial xidmət göstərilmişdir. Sosial xidmət müəssisələrində
1000-dək şəxsə stasionar xidmət göstərilir; - Ərzaq payları: Sosial tərəfdaşların
dəstəyi ilə 100 min ailəyə 2 dəfə ərzaq payı verilmişdir; - Müddəti bitən əlilliyi olan şəxslər, işsizlikdən sığorta alanlar, peşə
hazırlığına cəlb olunanlar üçün (cəmi 16 min nəfər) ödəniş 2 aylıq
uzadılmışdır. Əhaliyə güzəştli elektrik enerjisi limiti aprel-may aylarında
aylıq 100 kvts. həcmində artırılmışdır; - Məşğulluq və sosial rifaha dəstək tədbirləri təqribən 5 milyon
nəfəri əhatə edir: Dövlət sektoru üzrə məşğulluq: 900 min nəfərin (80%-i işə
çıxmasa da) iş yeri və əmək haqları qorunub; - Özəl sektor üzrə məşğulluq: 760 min nəfərin işsizliklə
üzləşməsinin qarşısı alınıb. İlin əvvəlindən əmək müqavilələrinin sayı 120 min
(19%), əmək haqqı fondu 15% artıb; - İşsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal
işləyən şəxslər: 190 manat (yaşayış minimumu) birdəfəlik ödəmə - aprel-may
aylarında ölkə üzrə 600 min şəxsə 225 milyon manat ödənilib; İyul ayında sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı,
Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy,
Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 min şəxsə 55
milyon manat vəsait sərf olunub; Ölkə Prezidenti qeyd edib ki: "Hazırda
Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin
rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə
olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcək. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun
üçün 53 milyon manat ödəniləcək”. Ölkə rəhbəri
iqtisadi inkişafın analizi haqqında da fikirlərini bildirib. Qeyd edib ki: "Bəzi inkişaf etmiş ölkələrdə
iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu
ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi
inkişafımız təmin edilməlidir. Bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə,
sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi
istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri
azaltmalıdır. Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil
qaydada göstəriləcəkdir. Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək
real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı. Vergilərin 75
faizi özəl sektorda formalaşır. Əgər vergi sistemində ciddi islahatlar
aparılmasaydı, bu vergilər yığılmayacaqdı. Məhz bu sahədə aparılan islahatlar nəticəsində
biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik. Büdcəyə düzəlişlər çətin
dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir. Eyni zamanda,
Azərbaycanın iqtisadi gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar
qəbul etməyə və onun səmərəsini təmin etməyə imkan verir. Xüsusilə dövlət şirkətlərində
(qaz, su, elektrik enerjisi və s.) itkilər aradan qaldırılmalıdır. Dövlət şirkətlərinin
itkilərinin dövlətin hesabına aradan qaldırılması tendensiyasına son
qoyulmalıdır. Dövlət şirkətlərinin normal korporativ idarəetmə əsasında işləməsi
təmin olunmalıdır. Həmin şirkətlərdən itkilərin səbəbləri və onların aradan
qaldırılması ilə bağlı planlara dair açıqlamalar alınmalıdır”.
Dövlət başçısı iqtisadiyyatın
liberallaşdırılması sahəsində görüləcək işlərdən də söz açıb. Bildirib ki: "Digər məsələ bütövlükdə
iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son
vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi
addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar
aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Ancaq
bu yolla bu müəssisələr işə salına bilər. Çünki Bakı şəhərində sovet vaxtından
qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə
həm yeni sənaye müəssisələri yaradıla bilər. Ekoloji standartları tam gözləmək
şərti ilə şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər.
İnvestorları cəlb etmək lazımdır. Öz puluna ərazini abadlaşdırsın, ictimai
zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq.
Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə
ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət
olmalıdır. Böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət
nümayəndələri iştirak etməlidir”. Ölkə başçısı
çıxışında karantin tədbirlərinin yumşaldılması barədə də danışıb. Qeyd edib ki:
"Koronavirusla
bağlı mübarizədə addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız
yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün
rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Karantin
rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma
olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan
sonra yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim
yenə də sərtləşdiriləcək. Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib
çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan
obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə
təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil
edilməlidir. Bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə
aparılır. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan
sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox
ciddi nəzarət olmalıdır. Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların
sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz,
iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən
dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Bu, dünya üçün çox ciddi
problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli
olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da
yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər. GOYEZEN.AZ
Facebook-da paylaş