Qazaxda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Respublikamızın hər yerində
olduğu kimi, Qazaxda da ölkə ərazisində xüsusi karantin rejimi qaydalarının
təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və
tövsiyələrinə uyğun tədbirlər davam etdirilir. O cümlədən də xüsusi karantin
rejimi qaydalarını pozan vətəndaşlar haqqında ciddi tədbirlər görülür. Bu
məqsədlə kafe və restoranlarda vətəndaşların kütləvi şəkildə toplaşaraq gizlin
şəkildə toy, nişan, ad günü mərasimləri keçirmələrinin, eləcə də rayon
ərazisində yas mərasimlərinin təşkil olunmasının qarşısı birmənalı şəkildə
alınır. Bu gün Qazax Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyevin və Qazax Rayon
Polis Şöbəsinin rəis müavini Şakir Rüstəmovun iştirakı ilə rayonun Daş Salahlı
və Xanlıqlar kəndlərində yas mərasimlərinin keçirilməsi ilə əlaqədar reyd
keçirilib. Reyd zamanı Daş Salahlı
kəndində Bəyimova Tamara Daşdı qızının, Əhmədov Musa Baba oğlunun, Xanlıqlar kəndində
Hüseynova Svetlana Mansur qızının və Omarov Salman Mehti oğlunun yas
mərasimlərinin olduğu məlum olub. Baxış zamanı Bəyimova
Tamara Daşdı qızının evində karantin rejimi qaydalarını pozaraq yas mərasiminin təşkil olunduğu aşkarlanıb. Mərasim polis əməkdaşları tərəfindən
dayandırılıb və mərhumun yaxın qohumlarından Mahmudova Zərqələm Ayaz qızı və Bəyimov
Cəbrayıl Ayvaz oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunublar. Karantin rejiminin qaydaları və tələbləri bir
daha onların diqqətinə çatdırılıb. Daş Salahlı kəndi
Xanlıqlar kəndi GOYEZEN.AZ
Facebook-da paylaş