Əsas Səhifə > Rəsmi > Qazaxda yas mərasiminin keçirilməsinin qarşısı alınıb
Qazaxda yas mərasiminin keçirilməsinin qarşısı alınıb6-07-2020, 23:18 |
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ölkə ərazisində xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir. O cümlədən də xüsusi karantin rejimi qaydalarını pozan vətəndaşlar haqqında ciddi tədbirlər görülür. Bu məqsədlə kafe və restoranlarda vətəndaşların kütləvi şəkildə toplaşaraq gizlin şəkildə toy, nişan, ad günü mərasimləri keçirmələrinin, eləcə də rayon ərazisində yas mərasimlərinin təşkil olunmasının qarşısı birmənalı şəkildə alınır. Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyevin və Qazax Rayon Polis Şöbəsinin rəis müavini Şakir Rüstəmovun iştirakı ilə rayonun Daş Salahlı və Xanlıqlar kəndlərində yas mərasimlərinin keçirilməsi ilə əlaqədar reyd keçirilib. Reyd zamanı Daş Salahlı kəndində Bəyimova Tamara Daşdı qızının, Əhmədov Musa Baba oğlunun, Xanlıqlar kəndində Hüseynova Svetlana Mansur qızının və Omarov Salman Mehti oğlunun yas mərasimlərinin olduğu məlum olub. Baxış zamanı Bəyimova Tamara Daşdı qızının evində karantin rejimi qaydalarını pozaraq yas mərasiminin təşkil olunduğu aşkarlanıb. Mərasim polis əməkdaşları tərəfindən dayandırılıb və mərhumun yaxın qohumlarından Mahmudova Zərqələm Ayaz qızı və Bəyimov Cəbrayıl Ayvaz oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunublar. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Daş Salahlı kəndi
Xanlıqlar kəndi
GOYEZEN.AZ Geri qayıt |