• Təqvim

  • Maraq



“Qazax” Xeyriyyə İctimai Birliyi Qazaxda başladığı xeyriyyə kampaniyasını davam etdirib


Ölkə Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!” şüarına dəstək olaraq, ümumrespublika kampaniyasına qoşulan "Qazax” Xeyriyyə İctimai Birliyi Qazaxda başladığı xeyriyyə aksiyasını davam etdirib.

"Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədovun təşəbbüsü ilə Birliyin üzvü olan iş adamları tərəfindən reallaşan bu kampaniya çərçivəsində bir neçə gün öncə rayonun Daş Salahlı kəndində qayğıya ehtiyacı olan 110 aztəminatlı ailəyəmüxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Rayonun İkinci Şıxlı kəndində 117, Qaymaqlı kəndində 102, Birinci Şıxlı kəndində 52, Alpout kəndində 38, Abbasbəyli kəndində 22 olmaqla, ümumilikdə, daha 331 qayğıya ehtiyacı olan aztəminatlı ailəyə dəstək olunub. Ailələrə gündəlik tələbatlarını ödəyəcək ərzaq məhsullarından ibarət sovqatlar çatdırılıb.

Özündə birliyi, həmrəyliyi nümayiş etdirən "Biz birlikdə güclüyük!” şüarı altında başlanılan kampaniyanı razılıq hissi ilə qarşılayan ailələr "Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov başda olmaqla əməyi keçən insanlara minnətdarlıq ediblər.



 

GOYEZEN.AZ



Facebook-da paylaş