• Təqvim

  • Maraq



Su problemimiz operativ həll olundu


Respublika mətbuatı Qazax haqqında

Uzun illərdir kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul oluram. Hər il əkin sahəmdə müxtəlif məhsullar yetişdirməklə həm ailəmin, həm də ölkə əhalisinin ərzaq təminatına yardımçı olmağa çalışıram. 

Bu il də pay torpağımda müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirirəm. Lakin son vaxtlar su çatışmazlığından əziyyət çəkirdim. Bu günlər Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kəndimizə gələrək sakinlərlə görüşəndə çətinliyimi dedim. Başçı görüşdən sonra mövcud vəziyyətlə tanış olmaq üçün əkin sahəmə gəldi. Vəziyyəti öyrəndikdən sonra müvafiq tapşırıqlar verdi və qısa bir vaxtda problem aradan qaldırıldı. İndi suvarma suyu ilə təminatımda heç bir problem yoxdur. 


Hörmətli redaksiya! Bütün sahələrdə vətəndaş məmnunluğunun əsas götürülməsinə, müraciətlərə operativ şəkildə baxılmasına görə dövlət başçısına minnətdaram. Çünki bu tapşırığın Prezidentdən gəldiyini bilirik.

Sahibə ƏZİZOVA,

Qazax rayonu Aşağı Salahlı kənd sakini, fermer

“Azərbaycan” qəzeti, 8 iyun 2023-cü il, səhifə 11




Facebook-da paylaş