Qazaxda sosial infrastruktur yenilənir
Respublikamızın qərb qapısı sayılan Qazax rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində həyata keçirilən sosial layihələr bir çox problemləri həll etmişdir. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla söhbətimiz də əsasən bu barədə oldu. O dedi ki, dövlət başçısının keçən ilin oktyabr ayının 19-da Qazaxa səfərindən, əhali ilə keçirdiyi görüşlərdən sonra tikinti-quruculuq işləri daha geniş vüsət almışdır. Qısa vaxt ərzində onlarca obyektdə yenidənqurma aparılıb və bu iş indi də davam etdirilir.
Ölkə rəhbərinin 6 mindən çox əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun, əsaslı şəkildə təmir olunmuş tarix diyarşünaslıq muzeyinin, "Birinci Şıxlı” MMC-nin, eləcə də digər obyektlərin açılışında iştirak etməsi rayon sakinlərini daha yaxşı işləməyə ruhlandırmışdır.
672,2 hektar sahədə yaradılmış "Birinci Şıxlı” məsul məsuliyyətli cəmiyyətdə 15 hektar sahədə süni yağışyağdırma avadanlıqları quraşdırılmış, təsərrüfata 5 traktor, 5 kotan, 2 taxıl səpən, 2 presbağlayan aqreqat, Hollandiya istehsalı olan, saatda 5 ton tərəvəz məhsullarının çeşidlənib yuyulmasını və qablaşdırılmasını həyata keçirən avadanlıqlar alınmışdır. Bu təsərrüfatda 170 nəfərdən artıq rayon sakini də daimi iş yeri ilə təmin olunmuşdur.
Rayonda abadlıq-quruculuq işləri davam etdirilir. Qazax şəhərinin prospekt və küçələrində 50-dən artıq yaşayış evinin dam örtüyü dəyişdirilmiş, 300 kvadratmetrə yaxın hasar hörülmüş, 60-a yaxın giriş qapısında təmir işləri görülmüşdür. Bayraq meydanında, Nəriman Nərimanov yaşayış massivində abadlıq işləri aparılmış, Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə təyyarə abidəsi ucaldılmışdır.
Bakı-Tbilisi avtomobil yolunun Qazax rayonunun ərazisindən keçən hissəsində, Qazax şəhərinin Heydər Əliyev prospekti boyunca və bir neçə mərkəzi küçədə abadlıq-quruculuq işləri aparılmış, yaşıllaşdırma işləri görülmüş, Qazax şəhərindəki, Daş Salahlı və Yuxarı Salahlı kəndlərindəki Şəhidlər Xiyabanları əsaslı təmir edilmiş, Qazaxbəylilər kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə mərasim zalı inşa edilmişdir. Hazırda rayon mərkəzində çoxmənzilli 24 binada, Heydər Əliyev prospektində təmir-abadlıq işləri davam etdirilir, işıqlandırma sistemi yenidən qurulur, yaşıllıq zolağı salınır. Şəhidlər xiyabanında və Cümə məscidinin ətrafnda abadlıq işləri aparılır.
Yolların təmiri də diqqət mərkəzində saxlanılır. Qazax şəhərində 20 kilometr uzunluğunda məhəllədaxili yollara, kənd yaşayış məntəqələrində isə 160 kilometr uzunluğunda kəndarası yollara qum-çınqıl döşənmişdir. İndi "Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi magistral avtomobil yolunu Qazax-Əskipara yolu ilə birləşdirən Çaylı kəndinin içərisindən keçən avtomobil yolunda son tamamlama işləri görülür. Ermənistanla sərhəddə yerləşən və 12 min nəfərdən çox əhalinin yaşadığı Böyük Cəfərli avtomobil yolunun tikintisi üçün hazırlıq işlərinə başlanılmışdır.
Qazaxın təmas xəttində yerləşən kənd sakinlərinin təhlükəsizliyi də daim diqqətdə saxlanılır. Bala Cəfərli və Məzəm kəndlərində bu məqsədlə 428 paqonmetr, Məzəm kəndində 21 ailənin həyətində ümumi uzunluğu 1381 paqonmetr istinad divarı tikilmişdir. Quşçu Ayrım kəndindəki yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün sakinlər tikinti materialları ilə təmin edilmişdir. Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ yol çəkilişi davam etdirilir. Bala Cəfərli kəndində imkansız ailələrin evlərində təmir işləri aparılmış, Xanlıqlar kəndində bir imkansız ailə üçün yaşayış evi inşa edilmişdir. Şəhid ailələrinə də xüsusi qayğı göstərilir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Quşçu Ayrım kəndində bir şəhid ailəsi üçün ev tikilmiş, Xanlıqlar, Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində bir şəhid ailəsinin, Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində isə bir Qarabağ müharibəsi əlilinin evi əsaslı şəkildə təmir edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 14 fərdi yaşayış evindən 8-i istifadəyə verilmişdir.
Kəndlərdə əhalinin ən çox ehtiyacı olan su problemi də qismən həll edilmişdir. Belə ki, keçən il nəzərdə tutulmuş 10 subartezian quyusundan 2-si Daş Salahlı kəndində, Xanlıqlar, Kosalar,Canalı, Çaylı kəndlərinin hərəsində bir subartezian quyusu istifadəyə verilmiş, Qazaxbəyli, Ürkməzli, Dəmirçilər, Aslanbəyli, Alpout kəndlərində içməli su xətti çəkilmişdir.
Abadlıq və quruculuq işləri ilə yanaşı, əhalinin işlə təminatı üçün də tədbirlər görülür. Yaxın vaxtlarda "Mətanət A” şirkətinin Daş Salahlı kəndində, Carçıoğlu şirkəti Xanlıqlar kəndində istifadəyə veriləcək yeni müəssisələrdə yüzlərlə sakin işlə təmin ediləcəkdir.

Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti,
10 mart 2017-ci il
"Azərbaycan” qəzeti,
10 mart 2017-ci il
Facebook-da paylaş