• Təqvim

  • Maraq



Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlara açıq səma” adlı tədbir təşkil edilib


1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd olunub.

Növbəti tədbir Qazax Rayon Mədəniyyət Mərkəzi Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə "Uşaqlara açıq səma” adı altında keçirilib.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilmiş tədbirAğstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Rayon Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədov və əməkdaşları, Qazax Dövlət Rəsm Qalereyasının, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri, Qazax şəhər Körpələr Evi-Uşaq bağçalarının kollektivləri, mədəniyyət müəssisələrinin əməkdaşları, rayon ictimaiyyəti iştirak edib.

Tədbirin aparıcısı uşaqları əlamətdar gün münasibətilə təbrik edib, onlara aydın səma, daim sülh şəraitində yaşamağı, çöhrələrindən heç bir zaman təbəssümün əskik olmamasını arzulayıb.

Sonra tədbir rəngarəng konsert proqramı ilə davam etdirilib.

















GOYEZEN.AZ



Facebook-da paylaş